SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

“Tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq” - İlham Əliyev

“Tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq” - İlham Əliyev
18-01-2016, 15:110Oxunub.

 
"2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər, bu proses indi də davam edir”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə söyləyib.
Dövlət başçısı deyib ki, son 1 ildə neftin qiyməti 4 dəfə düşüb: "Bu da gəlirlərin azalmasına təsir edib. Hazırda Azərbaycan vəziyyətdən çıxmaq üçün addımlar atır. Azərbaycan digər neft ölkələri ilə müqayisədə ən azı itki ilə üzləşib. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq. Ölkədə islahatların dərinləşməsi vacibdir. Bununla bağlı səslənən təkliflər artıq icra olunur”. 
 "İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılacaq”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, son illər ölkədə həyata keçirilən işlər insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib: "Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Neftlə zəngin ölkələrin, eləcə də neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində biz buna bənzər addımlar müşahidə etmirik. Məndə məlumat yoxdur ki, hansısa ölkə indiki böhran şəraitində əməkhaqlarını və pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır və bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcək. İndiki şəraitdə bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində əməkhaqqı və pensiyaların artırılması məsələsinə yenidən baxılacaq. Bu, bizim imkanlarımıza bağlı olan məsələdir”. 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ