SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şaxta baba və Qar qız olmaq üçün rüsum açıqlandı

Şaxta baba və Qar qız olmaq üçün rüsum açıqlandı

Tarix:

19-12-2018, 13:58

/ 1 879 dəfə oxundu.
Şaxta baba və Qar qız olmaq üçün rüsum açıqlandı

Bakıda Yeni illə bağlı Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə icazənin verilməsi rüsumu məlum olub.

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən verilən məlumata görə, Şaxta baba və Qar qız olmaq üçün icazə rüsumu 60 manatdır:

“Qiymət 2017-ci illə eynidir. Hələlik Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb”.

Qeyd edək ki, 2014-cu ildə 50, 2015-ci ildə 37, 2016-ci ildə 17 nəfərə Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün icazə verilib.

Şərhlər

XƏBƏR LENTİ