SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda yeni il əyləncəsinə bir neçə ayın maaşı xərclənəcək - QİYMƏTLƏR

Bakıda yeni il əyləncəsinə bir neçə ayın maaşı xərclənəcək - QİYMƏTLƏR

Tarix:

7-12-2018, 09:30

/ 1 280 dəfə oxundu.
Bakıda yeni il əyləncəsinə bir neçə ayın maaşı xərclənəcək - QİYMƏTLƏR

2018-ci ilin son gecəsinə - 31 dekabra artıq sayılı günlər qalıb. Çoxu Yeni ili evdə keçirməyə çalışsa da, bu özəl gecəni restoranlarda, şou proqramla qeyd edənlərin də sayı az deyil.

Cebhe.info xəbər verir ki, artıq paytaxt restoranlarından bəziləri ilin son günü üçün qiyməti müəyyənləşdirib.

Həmin məkanları və qiymətləri (1 nəfər üçün) təqdim edirik:

“Teleqüllə” restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 140 AZN (6 yaşından kiçik uşaqlar üçün ödənişsiz)

“Tower Terrace”: bayram menyusu, canlı musiqi, şou proqram - 90 AZN (6 yaşından kiçik uşaqlar üçün ödənişsiz)

“Oazis” ailəvi istirahət mərkəzi: bayram menyusu, canlı musiqi, şou proqram - 100-150 AZN (seçdiyiniz yerə uyğun olaraq)

“Boulevard Hotel Baku”: bayram menyusu, canlı musiqi, şou proqram - 200-220 AZN (0-6 yaş pulsuz, 6-12 yaş 50 % endirim)

“Nar-şərab” restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 120 AZN,

“Manqal Steak House” restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 200 AZN, Zaqulbada yerləşən filialda isə 150 AZN

“13 Restaurant”: bayram menyusu, canlı musiqi, şou proqram - 250 AZN,

“Vertical 29”: bayram menyusu, canlı musiqi, şou proqram -150 AZN,

“Cızz-Bızz” restoranı: bayram menyusu, canlı musiqi, şoru proqram - 60 AZN,

“Zamok Lva” Ukrayna restoranı: bayram menyusu, canlı musiqi, şou proqram - 50 azn.

Beləliklə, 2018-ci ilin son gecəsini adıçəkilən məkanlarda keçirmək istəyən 4 nəfərlik ailə üçün minimum 200, maksimum isə 1000 AZN lazım olacaq. Göründüyü kimi, Yeni ili xüsusi məkanda qarşılamaq maddi imkanı orta və yaxşı olanlar üçün əlçatandır.

Şərhlər

XƏBƏR LENTİ