SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şirməmməd Hüseynovun qızı və Xumar Qədimova prezidentə nə yazıblar?

Şirməmməd Hüseynovun qızı və Xumar Qədimova prezidentə nə yazıblar?

Tarix:

9-03-2017, 09:29

/ 3 539 dəfə oxundu.
Şirməmməd Hüseynovun qızı və Xumar Qədimova prezidentə nə yazıblar?

Xəbər verildiyi kimi, prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Təltif edilən şəxslərdən bir qismi mükafata görə, ölkə başçısına dərin minnətdarlıq hissini ifadə ediblər.

Azərbaycan prezidentinin rəsmi saytında qadınlar ölkə rəhbərinə yazaraq ona təşəkkürlərini bildiriblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, tanınmış jurnalist Şirməmməd Hüseynovun qızı Fərəh Əliyeva prezidentə yazıb:

“Məni ölkəmizin yüksək mükafatlarından olan “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif etdiyinizə görə şərəf duyur, Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Göstərdiyiniz böyük etimadı hər zaman fəaliyyətimlə doğrultmağa çalışacağam.

Sabitlik nümunəsi olan Azərbaycan dövlətinin daha da möhkəmlənməsində, sosial-iqtisadi, mənəvi və mədəni inkişaf sahələrindəki fəaliyyətinizdə Sizə uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayıram”.

“Əməkdar artist” fəxri adına layiq görülən tanınmış müğənni Xumar Qədimova isə bildirib:

“Sizin 2017-ci il 3 mart tarixli Sərəncamınız mənim üçün çox xoş xəbər və unudulmaz 8 Mart hədiyyəsi oldu. Müxtəlif sahələri təmsil edən qadınlarımızın içərisində incəsənət nümayəndəsi kimi “Əməkdar artist” fəxri adına layiq görülməyim məni duyğulandırdı.

Möhtərəm Prezident, mənə və təltif olunan bütün qadınlarımıza bu sevinci bəxş etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu fəxri ad Azərbaycan musiqisinin, mədəniyyətinin təbliği üçün bundan sonra daha çox çalışmağıma bir stimuldur. Bir daha Sizə sonsuz təşəkkürümü çatdırıram”.

Modern

Şərhlər

XƏBƏR LENTİ