SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Toyuq budu ilə baş aldadan “Xudafərin”

Toyuq budu ilə baş aldadan “Xudafərin”

Tarix:

5-12-2018, 13:16

/ 1 481 dəfə oxundu.
Toyuq budu ilə baş aldadan “Xudafərin”

Bakıda şadlıq sarayları çoxdur, ancaq demək olar ki, hamısının prinsipləri eynidir. Toy etmək üçün öncə seçəcəyin zala tamaşa edirsən. Sonra adminstratorla görüş gəlir. Adminstrator qardaş özünü elə aparır ki, adam sanki dövlət orqanlarında işləyən yüksək məmurun qarşısında dayandığını fikirləşir. Adamla elə danışıb elə hipnoz edirlər ki, deyirsən, gərək mən toyumu burada edim, yoxsa bunlardan canımı qurtara bilmərəm. Razılaşırsan. Sonra gəlir ilk dəqiqləşdiriləsi iş - adamların sayı. Eşidəndə ki, adamının sayı azdır, qiymətləri lap da qaldırırlar.

Toy sahibi öz maddi durumuna baxıb 30 növ yeməkdən və salatdan bir neçəsini ixtisara salmaq fikrinə düşsə də, restoran sahibləri bununla qətiyyən razılaşmırlar. Hərçənd bu salatlardan hətta yarısının ixtisar edilməsi nə süfrəyə xələl gətirər, nə də restoran sahibinin biznesinə.

Deyirsən ki, “qardaş başına dönüm, mənim imkanım çatmır, gəl sən menyüdən kələm salatını, çuğundur salatını çıxar”. Deyir, “sənə görə öz imicimi aşağı sala bilmərəm. Yesən də budur, yeməsən də”. Sonra deyirsən ki, “yaxşı mən öz qonaqlarıma spirtli içki verməyəcəyəm, menyüdən onu çıxar”, çıxarır, amma qiymətə elə bir təsiri olmur.

Mozalan.az xəbər verir ki, ərzaqların keyfiyyəti də şübhə doğurur. Məsələn, götürək Xidafərin Şadlıq Sarayını. Bu restorandakı yeməklərin keyfiyyəti ilə bağlı dəfələrlə yazılıb.

Stola düzülən ərzaqların mənşəyi bilinmir. Xaricdə belədir ki, müştəri sifariş etdiyi yeməyin seürtifikatın tələb edə bilir. Təsəvvür edin ki, “Xudafərin”də siz belə bir sertifikatı tələb edirsiz. Ən yaxşı halda zalı tərk etməyi xahiş edəcəklər.

3 gün əvvəlki toydan qalan paytaxt salatını bu günkü toyda süfrəyə qoyan restoran hansı arayışı verə bilər?

Bu restoranda müştəriyə xidmət çox aşağı səviyyədədir.

Mənbəmiz bu şadlıq eviinin bəzi fırıldaqlarını da açıqladı: «Əvvəldən ucuz toyuq budları alınıb qızardılır, toyuqlar doğrananda yarıbayarı budla əvəz olunur. Bir neçə vedrə çörək axşamdan isladılır, səhərisi gün çəkilmiş ətə qarışdırılır. Biləklərimiz qırılır onu ətlə qarışdıranda. Sizə hələ lobyalı salatdan deyim. Lobya axşamdan isladılanda 10 dəqiqəyə bişir. Amma burada bir vedrə lobya bişirilib soyuducuya qoyulur, lazım olduqca istifadə olunur. İçkilərin əksəriyyəti şadlıq evlərinin zirzəmisində bağlanılır. Toy sahibinin sifariş etdiyi içkinin markasına uyğun şüşələrə doldurulub stolun üstünə qoyulur».

Mozalan.az

Şərhlər

XƏBƏR LENTİ