SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Əzizov Vaqif Novruzova bu səbəblərdən töhmət verib

Eldar Əzizov Vaqif Novruzova bu səbəblərdən töhmət verib

Tarix:

5-12-2018, 10:49

/ 1 796 dəfə oxundu.
Eldar Əzizov Vaqif Novruzova bu səbəblərdən töhmət verib

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Vaqif Novruzova töhmət verməsi aparılan yoxlamanın nəticəsinə əsaslanıb.
Bu barədə Faktinfo.az saytını Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumatdırıblar. Mənbənin verdiyi xəbərə görə, bir neçə ay əvvəl Eldar Əzizov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin tabeliyindəki bütün qurumlarda daxili yoxlamaların aparılmasına dair göstəriş verib. Nəticədə məlum olub ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi Bakı şəhərində qanunsuz şəkildə qiymətli ağacları qıran şəxslərə qarşı ciddi tədbirlər həyata keçirməyib, yaşıllıqların qorunması üçün lazımi işlər görməyib,ting ağacların yetişdirilməsi istənilən səviyyədə olmayıb.

Həmçinin, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə idarələrində adı olan, amma işə çıxmayan onlarla şəxs müəyyənləşib. Bu və ya digər səbəblər də daxil olmaqla, nöqsanlar ümumiləşdirilib və Vaqif Novruzova töhmət verilib.Bir müddət sonra nöqsan və çatışmazlıqlar aradan qaldırılmasa,birlik direktorunun işdən çıxarıla biləcəyi də istisna olunmur.

Şərhlər

XƏBƏR LENTİ