SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əvəz Qocayev ittihamlara niyə cavab vermir? – ARAŞDIRMA

Əvəz Qocayev ittihamlara niyə cavab vermir? – ARAŞDIRMA

Tarix:

9-03-2017, 09:07

/ 2 352 dəfə oxundu.
Əvəz Qocayev ittihamlara niyə cavab vermir? – ARAŞDIRMA

Martın 7-də “Arif Əsgərovun həbsdən çıxan baldızıoğlu danışdı: “Bu şayiələri Əvəz Qocayev yayır” başlıqlı yazı dərc olunub. Sözügedən yazıda sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızıoğlu, eyni zamanda “Azərovtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin keçmiş kürəkəni Rahib Hüseynovdan sitat gətirilib. O, özü və Elnar Arif oğlu Əsgərov haqqında yayılan məlumatların Əvəz Qocayev tərəfindən sifariş olduğunu qeyd edib. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin sabiq müdiri Rahib Hüseynov və qardaşı Emin Hüseynov 2016-cı ilin noyabrında DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşıoğlu, polis zabiti Qoşqar Zeynalovun şikayəti əsasında həbs olunublar.

Rahib Hüseynov fevralın 16-da Səbail Rayon Məhkəməsinin qərarıyla, ev dustaqlığına buraxılıb. Onun və Elnar Əsgərovun guya keçmiş qayınatası Əvəz Qocayevə də pul atması (“Azəravtoyol”un sədr müavini – red.) barədə yayılan məlumatları şərh etməsini xahiş etdik.

“Bu, tamamilə yalandır. Mən 2013-cü ildə 2 ay həbsdə olanda, Əvəz Qocayev nikah dövründə yoldaşımın adına aldığım bütün mənzilləri, gözəllik salonu, mağaza və digər obyektləri müxtəlif yaxın adamlarının adına keçirdi, sonra isə bizi boşatdırdı.

Hazırda Binəqədi Rayon Məhkəməsində proses gedir və mən nikah dövründə əldə olunan əmlakda öz hüquqlarımı bərpa etməyə çalışıram. Mənə elə gəlir ki, bu şayiələri elə Əvəz Qocayevin özü yayır. Onun Arif və Elnar Əsgərovlarla da münasibətləri pisdir… ona görə də, həm onlara, həm də mənə qarşı oynanılan bir oyun olduğunu düşünürəm. Kimlərsə, məni yenidən həbsə qaytarmağa çalışır”, – deyə R.Hüseynov qeyd etdi.

O, məsələdə “pul atma” söhbətinin yox, Elnar Əsgərovun planı əsasında mal alınıb “Azərbaycan Dəmir Yolları” QSC-yə satılması üçün müxtəlif şəxslərdən pul götürüldüyünü dedi: “O pulların da hamısı qaytarılıb. Hətta Elnar Əsgərovun sürücüsü Əlinin adı çəkilir, əsl adı Əlihüseyndir, soyadını xatırlamıram.

Birinci dəfə tutulmağım, məhz onun əliylə olmuşdu. Elnar öz sürücüsünün əliylə məni tutdurmuşdu. Səməd adlı Türkiyə vətəndaşına qədər, şəxslərin hamısının borcu qaytarılıb, izahat da yazıblar ki, məndən şikayətləri yoxdur. Müşfiq adlı iş adamının da adı çəkilir ki, onun bu işlərdə heç iştirakı olmayıb. Çox hörmətli adamdır və nahaq yerə adını hallandırırlar”.

Rahib Hüseynov vurğuladı ki, rəqəmlər də şişirdilib və siyahıda həqiqət payı azdır. O, barəsində şikayət irəli sürən DİN Baş DYPİ əməkdaşı Qoşqar Zeynalovun gəlir mənbəyi barədə vəsatətin də təmin olunmamasından narazılıq bildirib: “İstintaq gedirsə, müəyyən etsinlər, guya mənə verildiyi deyilən milyonlarla vəsait hardan əldə olunub”.

Bu yazının dərcindən əvvəl “Azəravtoyol”un saytında olan əlaqə nömrələrinə zəng etmiş, zəngimizə cavab verən olmamışdı. Martın 7-də “Azəravtoyol” ASC-yə zəng edərək, Əvəz Qocayevlə danışmaq istədiyimizi bildirdik. Eldar Abbbasov adlı əməkdaş əlaqə nömrəmizi alaraq, Ə.Qocayevə və ya mətbuat xidmətinə bildirəcəyini qeyd etdi. Biz həmçinin mətbuat katibi Anar Nəcəfliyə də zəng etdik.

“Bəli, o məlumatı gözucu görmüşəm. Əvəz müəllimə deyərəm, bu məsələ ilə bağlı şərhi varsa, sizinlə əlaqə saxlayaram”, – deyə A.Nəcəfli bildirdi. “Anar müəllim, məsələ “Azəravtoyol”la birbaşa bağlı olmasa da, Əvəz Qocayev ASC-nin sədr müavinidir. Ona görə də, Əvəz müəlllimin mövqeyinə yer vermək istəyirik. Mümkünsə, bu istiqamətdə bizə kömək edin”, – deyə xahiş etdik. “Yaxşı, narahat olmayın, sizinlə əlaqə saxlayacam”, – deyə A.Nəcəfli bildirdi. Lakin axşam saatlarına qədər, nə Anar Nəcəflidən, nə Əvəz Qocayev və ya ona yaxın bir şəxsdən zəng gəlmədi. Anar Nəcəfliyə daha sonra etdiyimiz zənflər və SMS-imiz belə, cavabsız qaldı.

Şərhlər

XƏBƏR LENTİ