SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İşdən azad edilən gömrük generalı ilə bağlı ŞOK FAKTLAR - İTTİHAM

İşdən azad edilən gömrük generalı ilə bağlı ŞOK FAKTLAR - İTTİHAM

Tarix:

4-12-2018, 09:38

/ 1 954 dəfə oxundu.
İşdən azad edilən gömrük generalı ilə bağlı ŞOK FAKTLAR - İTTİHAM

Bugünlərdə vəzifəsindən azad edilən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sabiq sədri, general Asəf Məmmədovla bağlı sosial şəbələlərdə maraqlı məlumatlar yayılıb. Geniş şəkildə paylaşılan həmin məlumatlarda DGK-nin sabiq sədrinin işdən azad olunması ilə bağlı detallara, onun sürdüyü həyat tərzinə aydınlıq gətirilir. Məsələn, Əli İbrahimov adlı sosial şəbəkə istifadəçisi yazır ki, Naxçıvan əhalisinin keçmiş DGK sədrindən canı qurtardı:

“Blokada şəraitində yaşayan MR-dəki gömrüklərdə Asəf Məmmədovun özbaşınalıqları nəticəsində xarici ölkələrə səfərlər edən şəxslər əsassız yoxlamalara məruz qalırdı. Artıq bu hallar aradan qaldırılıb. Asəf Məmmədovun bir neçə əxlaqsız qadınla münasibətlər yaratması, onlarla qeyri-rəsmi, “vətəndaş nikahı” adı altında pozğunçuluqla məşğul olması bütün MR sakinlərinə məlumdur. Asəf Məmmədov münasibət yaratdığı əxlaqsız qadınlara bahalı maşınlar alıb, dəbdəbəli evlər tikdirib və hədiyyələr alıbdır . Asəf Məmmədovun oğlunun “general atası”na arxalanaraq Bakı şəhərində əxlaqsız qadınlarla keçirdiyi dəbdəbəli həyat tərzi isə bütün Bakı sakinlərinə bəllidir. Asəf Məmmədovun qeyri-rəsmi nikahdan bir neçə övladının olması ictimaiyyət tərəfindən bilinir”.

Sosial şəbəkə istifadəçisi bildirir ki, Asəf Məmmədovun bu çirkin əməllərindən xəbər tutan Muxtar Respublika rəhbəri onu cəzalandırdı və vəzifəsindən azad etdi:

“Asəf Məmmədov qardaşı Musa Məmmədovun rəhbərlik etdiyi Şərur rayonundakı fermer təsərrüfatına guya “baş çəkmək” adı ilə orada yaratdığı “gözdən kənar” tikililərdə öz “məşuqələri” ilə vaxt keçirirdi və əxlaqsız həyat sürürdü. Asəf Məmmədov komitə sədri işlədiyi müddətdə öz yaxın qohumlarını həmin strukturda yerləşdirməklə yanaşı, onların xaricdən bir neçə növdə məhsulların MR gətirilməsinə birbaşa rəhbərlik etdiyi, eləcə də yaxın adamlarının gömrük rüsumlarını mənimsəməklə mallarını gömrükdən keçirməsinə şərait yaratmışdı. Bizdə olan məlumatlara görə, MR rəhbərliyi bu haqda məlumatlandırıldıqdan sonra o işdən azad edilib”.

Mətbuatda əvvəllər dərc olunmuş yazılarda Naxçıvan MR-in keçmiş MTN naziri olmuş Vəli Ələsgərovla Asəf Məmmədovunun şərikli biznes əlaqələrinin olduğu və bu işlərə hər iki şəxsin qardaşlarının rəhbərlik etdikləri haqda fikirlər də səsləndirilib. Hesab etmək olar ki, Asəf Məmmədovun hələ bilinməyən çoxsaylı korrupsioner fəaliyyəti, qanunsuz əməlləri haqda MR-dəki hüquq-mühafizə orqanları da qısa müddətdə araşdırma aparacaq və o da digər “dostları” kimi layiqli cəzasını alacaqdır.

Səslənən iddialarla bağlı Asəf Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.

“Böyük Millət”
İşdən azad edilən gömrük generalı ilə bağlı ŞOK FAKTLAR - İTTİHAM
İşdən azad edilən gömrük generalı ilə bağlı ŞOK FAKTLAR - İTTİHAM

Şərhlər

XƏBƏR LENTİ