SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Quli Bakıya gətirildi: ev dustağı şəraitində saxlanılır

Quli Bakıya gətirildi: ev dustağı şəraitində saxlanılır

Tarix:

1-12-2018, 17:29

/ 1 731 dəfə oxundu.
Quli Bakıya gətirildi: ev dustağı şəraitində saxlanılır

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır

Bu barədə Musavat.com-a onun yaxın dostlarından biri danışıb.

Bildirilib ki, Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib. Onun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda Quli ev dustağı şəraitində saxlanılır.

Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib.

Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu "göstərişi” yerinə yetirmək istəmirdi.

Belə görünür ki, artıq çıxış yolu tapılıb – "Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.

Şərhlər

XƏBƏR LENTİ