SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük Komitəsində 152 milyon manatlıq ödəniş "yoxa çıxdı" - FOTOFAKT

Gömrük Komitəsində 152 milyon manatlıq ödəniş "yoxa çıxdı" - FOTOFAKT

Tarix:

30-11-2018, 15:18

/ 1 483 dəfə oxundu.
Gömrük Komitəsində 152 milyon manatlıq ödəniş "yoxa çıxdı" - FOTOFAKT

Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsaitlərlə bağlı məlumat təxminən 25 gün əvvəl açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Komitənin rəsmi veb-saytında məlumat verilib və bu məlumat ölkənin aparıcı xəbər saytlarında da yayımlanıb. Lakin, bu gün bəzi aparıcı sayıtlar, o cümlədən də "Azərtac" xəbər agentliyi oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsaitlərlə bağlı yeni məlumat yayımlayıblar. Yenilənmiş məlumat Komitənin rəsmi veb-saytında da yerləşdirilib.
Qeyd edək ki, açıqlanan məlumatlarda büdcəyə ödənilən vergi və rüsumlar arasında kəskin fərqlər var. 25 gün əvvəl açıqlanan məlumatda qeyd olunurdu ki, oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 378 milyon 122 min manata vəsait ödənilib.
Komitə tərəfindən açıqlanan ikinci məlumatda isə qeyd olunur ki, oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 226 milyon 88 min manata vəsait ödənilib.
Rəqəmlərdən də göründüyü kimi arada 152 milyon 34 min manatlıq fərq var.
Azalma həm gömrük rüsumları üzrə (fərq 33,8 milyon manat), həm əlavə dəyər vergisi üzrə (fərq 106,7 milyon manat), həm aksizlər üzrə (fərq 9,7 milyon manat), həm də yol vergisi üzrə (fərq 1,8 milyon manat) qeydə alınıb.
Maraqlı məqam isə odur ki, Komitənin rəsmi veb-saytında hər iki məlumat mövcuddur və sayta daxil olan istifadəçilər oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə ödənişlərlə bağlı qeyd etdiyimiz iki fərqli rəqəmlə qarşılaşırlar.
Məlumat üçün bildirək ki, bəzən rəsmi qurumlar tərəfindən açıqlanan göstəricilər ilkin məlumatlar olduğu üçün bunlar sonradan açıqlanan dəqiqləşdirilmiş göstəricilərdən fərqli ola bilir. Lakin, Gömrük Komitəsinin oktyabr ayı üçün açıqladığı büdcə ödənişlərilə bağlı iki məlumat arasında 152 milyon manatlıq fərqin hansı səbəbdən yarandığı başa düşülmür.
Məsələ ilə bağlı Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışsaq da mətbuat xidmətindən telefon zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, bu xəbər Yeniavaz.com saytında yayımlandıqdan sonra Komitənin mətbuat xidmətindən zəng edərək bildirdilər ki, oktyabr ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsaitlərlə bağlı iki fərli məlumatın rəsmi-veb saytda yer alması texniki səbəblərdən baş verib. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, yaxın saatlarda bu problem öz həllini tapacaq.
Gömrük Komitəsində 152 milyon manatlıq ödəniş "yoxa çıxdı" - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ