SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Samir Şərifov Dubayda 11 min 500 avroluq oteldə qalıb

Samir Şərifov Dubayda 11 min 500 avroluq oteldə qalıb

Tarix:

7-03-2017, 16:49

/ 3 814 dəfə oxundu.
Samir Şərifov Dubayda 11 min 500 avroluq oteldə qalıb

Azərbaycanlı məmurların zadəgan, oliqarx həyatı yaşadığı yeni xəbər deyil; Ölkədə orta ranqlı dövlət məmurundan tutmuş ən yuxarı eşelona qədər hər birinin biznesi, milyonları, Avropada daşınmaz əmlakı və s. var…

Bu barədə onlarla sənədli faktlar, fotolar mediada tirajlanıb. Son günlərdə də bəzi deputat və nazirlərin villaları görüntülənir. Ən əsası da bloqqer Mehman Hüseynovun çəkdiyi kadrlardan görmək mümkündür ki, azərbaycanlı məmurların həyat tərzi hansı səviyyədədir.

Üstəlik, onlar xalqın yoxsullaşan bir dövründə əməllərindən geri qalmırlar. Əhali sürətlə kasıblaşır, işsizlik artır, ixtisarlar kütləviləşir, bahalaşma bütün sahələri əhatə edir, böhran insanları aclığa sürükləyir.

Nazirlər isə dövlət maaşından kənar qazandığı milyonlar hesabına lüks həyatını yaşamaqdadır. Bu günlərdə daha bir nazir barəsində inanılmaz xəbər meydana çıxıb.

Sosial şəbəkələrdə maliyyə naziri Samir Şərifov haqda heyrətamiz informasiya tirajlanıb. Məlumata görə, nazir tez-tez Dubaydakı “Bürc əl – Ərəb” hotelində günü 11 500 avroluq otaq kirayələyir.

Onun kral suitində qalması ərəblərdə maraq doğurub. Onlar bu milyarderin kim olması ilə maraqlanıblar və məlum olub ki, illik maaşı 11 min 500 avro olmayan maliyyə nazirimiz gecəsi bu məbləğə olan Dubayın ən bahalı hotelində gecələyir.

Ərəblər S.Şərifovun artıq kral ya da şahzadə olduğunu düşünməyə başlayıblar. Onlar gözləri bərəlib ki, bir ölkədə nazirin nə qədər əmək haqqı ola bilər ki, gecəsi 11 min 500 avroluq hoteldə qalsın.

Ərəblərin fikrincə, yalnız bizneslə buna nail olmaq mümkündür və dövlət məmurunun da biznes fəaliyyəti qadağandır.

Amma Dubay hotelini işlədənlərin xəbəri yoxdur ki, Azərbaycanda biznesi olmayan nazir və ya məmur yoxdur.

Məlumatda bildirilir ki, S.Şərifovun vaxtaşırı Dubaya yolu düşür və sözügedən otağı qabaqcadan bron edir. Təbii ki, oxucular üçün bu məlumat sensasiya deyil. Çünki Azərbaycanda nazirlərin əksəriyyəti belə yaşayır

Kommunal bahalaşma, manatın üçüncü devalvasiyası, hökumətin qənaət rejiminə keçidi və insanlara “yorğana görə ayaq uzat” tövsiyəsinə baxmayaraq, maliyyə nazirinin “yorğan”ı Dubaya qədər uzanır.

Ölkənin maliyyə sistemini darmadağın edən nazir ərəb hotellərinə milyonlar xərcləyir. 2017-ci ildə yalnız infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox xarici kreditlər alınacaq. bu rəsmi məlumat ölkədə maliyyə vəziyyətini səciyyələndirir.

Bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək. Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır.

Şərhlər

XƏBƏR LENTİ