SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Karxana mafiyası"ndan növbəti SABOTAJ - dövlət müdaxilə etməlidir

"Karxana mafiyası"ndan növbəti SABOTAJ - dövlət müdaxilə etməlidir

Tarix:

30-11-2018, 09:34

/ 1 217 dəfə oxundu.
"Karxana mafiyası"ndan növbəti SABOTAJ - dövlət müdaxilə etməlidir

Dövlət orqanlarının yay aylarında Bakını toz dumanına bürüyən daş karxanalarının fəaliyyətinə qarşı apardığı mübarizə tədbirləri mişar daşının qiymətində özünü göstərib.

Cebhe.info xəbər verir ki, hazırda istehsal edildiyi məkandan asılı olaraq mişar daşının qiyməti 45-60 qəpik arasında dəyişir. Bir neçə ay əvvəl isə mişar qiymət 40-50 qəpik civarında olub. Xatırladaq ki, daş karxanaları ilə bağlı çoxsaylı şikayətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıb. Aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edib prokurorluğa göndərilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi daş karxalarında istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilib.

Məlum olub ki, istifadə edilən avadanlıqların çoxu Sovet dövründə istismara verildiyindən müasir norma və qaydalara cavab vermir. Karxana istifadəçilərinə yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri və bu istiqamətdə fəaliyyətlərində idarəetmə üsullarının təkmilləşdirməsi tövsiyə edilib.

Şərhlər

XƏBƏR LENTİ