SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan təhsilində BİABIRÇILIQ: Müəllim 9 yaşlı uşağı sevib, onunla evləndi

Azərbaycan təhsilində BİABIRÇILIQ: Müəllim 9 yaşlı uşağı sevib, onunla evləndi

Tarix:

29-11-2018, 14:20

/ 2 001 dəfə oxundu.
Azərbaycan təhsilində BİABIRÇILIQ: Müəllim 9 yaşlı uşağı sevib, onunla evləndi

Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı ilginc fakt açıqlanıb.

"Yeni Müsavat"ın canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev həmin məktəbdə müəllim işləyən Rövşən Əzizovun 9 yaşlı qıza aşiq olduğunu və onunla ailə qurduğunu deyib.

Direktor adıçəkilən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:

"Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: "Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq".

Direktor daha sonra qeyd edib: "Mənə də maraqlıdır ki, nəyə görə belə hallar gizlədilib".

Şərhlər

XƏBƏR LENTİ