SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qarabağ qazisi Zakir Fərəcovu Elmar Vəliyevə bənzətdi: “Biri bunu başa salsın!”

Qarabağ qazisi Zakir Fərəcovu Elmar Vəliyevə bənzətdi: “Biri bunu başa salsın!”

Tarix:

28-11-2018, 09:52

/ 1 275 dəfə oxundu.
Qarabağ qazisi Zakir Fərəcovu Elmar Vəliyevə bənzətdi: “Biri bunu başa salsın!”

Sumqayıtın “Elmar Vəliyev”i Zakir Fərəcov Qarabağ əlillərini qəbul edib. Cumhuriyyet.net xəbər verir ki, bu barədə Qarabağ veteranı, jurnalist Rey Kərimoğlu feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, icra başçısı görüşdə onlarla çox kobud rəftar edib. Yeznəsi – Sumqayıt nəqliyyatının “bosu” Xannı Rüstəmovun sözü ilə hərəkət edib.

Nəticədə 15 nəfər Qarabağ əlilinin və şəhid ailəsi yenə çörəksiz qalıb! Zakir Fərəcov, Xannı Rüstəmov dövlətin adından sui-istifadə istifadə edərək Qaziləri şantaj edir, hədələyir! Özləri dövlətin adından istifadə edib milyonlara sahib olublar, amma Qazilərə xox gəlirlər!

Amma iş adamları kimi də Qarabağ əlillərinə təziq edirlər! Adam hələ də etdiyi qəbahəti, ədalətsizliyi anlamır! Axı o dəfə yazdım ki, ağsaqqalı, qarasaqqalı bunu başa salsın! Sonra çox gec olacaq! Çünkü dəvədən böyük fil də var ax. Qarabağ əlilləri bilir neyləmək lazımdır! Qarabağ qazilər birliyi, Vətən Müharibəsi Əlilləri birliyi və Qaziler.az saytı məsələni diqqətdə saxlayır!

Şərhlər

XƏBƏR LENTİ