SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Piyadalar qadağan olunan yerlərdən keçir" - Vaqif Əsədov

"Piyadalar qadağan olunan yerlərdən keçir" - Vaqif Əsədov

Tarix:

22-11-2018, 16:52

/ 1 383 dəfə oxundu.
"Piyadalar qadağan olunan yerlərdən keçir" - Vaqif Əsədov

Noyabrın 22-də Nizami rayonunda yerləşən 70 sayılı orta məktəbdə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, ADA Universitetinin tələbələri, məktəbin şagirdləri və pedaqoji kollektivi iştirak edib.

Çıxış edənlər belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Polis polkovniki Vaqif Əsədov qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsini diqqət mərkəzindədir. Məhz bu məqsədlə yol polisi tərəfindən paytaxt məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir, azyaşlılarla maarifləndirmə xarakterli görüşlər təşkil olunur. O, yol hərəkəti qaydalarının tələblərinin yerinə yetirilməsində nizam-intizama dəvət edilməsi məqsədilə gəncləri DYP ilə birgə bu istiqamətdə keçirilən tədbirlərdə, təbliğat işinin gücləndirilməsində yaxından iştirak etməyə dəvət edib.

Qeyd olunub ki, son illər Azərbaycanın iqtisadi inkişafı nəticəsində paytaxtda xeyli sayda yeraltı və yerüstü keçidlər inşa edilsə də, piyadalar bu keçidlərdən istifadə etmək əvəzinə qadağan olunan yerlərdən keçirlər. Paytaxt üzrə baş verən yol-qəza hadisələrinin təhlili göstərir ki, nizamlanmayan yerlərdən keçən piyadaların vurulması halları müşahidə olunur.

Sonda yol hərəkət qaydalarını izah edən film nümayiş olunub, piyadaların məsuliyyətə cəlb edilməsi və əldə edilən nəticələrlə bağlı suallara cavab verilib, fikir mübadiləsi aparılıb, tədbirdə aktiv iştirak edən şagirdlərə qiymətli əşya və yol təhlükəsizliyinə dair bukiletlər paylanılıb.

Şərhlər

XƏBƏR LENTİ