SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin jurnalistlərə tikdiyi binadan daha bir ev satışda – Fotolar

Prezidentin jurnalistlərə tikdiyi binadan daha bir ev satışda – Fotolar

Tarix:

21-11-2018, 14:09

/ 1 253 dəfə oxundu.
Prezidentin jurnalistlərə tikdiyi binadan daha bir ev satışda – Fotolar

Bakıda jurnalistlərin binasından daha bir mənzil satışa çıxarılıb. Bu barədə elan saytında məlumat yerləşdirilib.

17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşən, 75 kvadratmetrlik mənzil 120 min manata satışa qoyulub. Mənzil sahibinin hansı jurnalist olduğu bilinmir. Vasitəçi Azər adlı şəxsdir.
Bununla da jurnalistlərin 1-ci binasından 6, 2-ci binasından artıq 9 ev satışa çıxarılıb. Bu binalar prezident tərəfindən dövlət büdcəsindən ayrılan maliyyə hesabına inşa olunub və mənzilə ehtiyacı olan, mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulan mətbuat nümayəndələrinə verilməsi məqsədi daşıyıb.
Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurası mənzillər paylanmamışdan əvvəl redaksiyalarda mənzilə ehtiyacı olan jurnalistlərin siyahısını tutmuşdular.
Ancaq belə görünür ki, mənzilə ehtiyacı olmayan həmin jurnalistlər evlərini bir-bir satmağa başlayıblar. Çünki bəziləri bunu prezidentin onlara hədiyyəsi kimi qəbul edir.
Halbuki, həmin mənzillər məhz evsiz və yaxud ailə tərkibi dörd nəfərdən ibarət olan, lakin birotaqlı mənzildə yaşayan jurnalistlər üçün nəzərdə tutulmuşdu.
Onu da deyək ki, mənzillər jurnalistlərə paylanarkən onlardan hansılarının Bakıda başqa evlərinin olduğu, bahalı avtomobil idarə etdikləri açıqlanmışdı.
Görünür ki, jurnalistlərin binasından evə ehtiyacları olmayan həmin mətbuat nümayəndələri əmlaklarını sataraq başqa planlar qururlar.
Bu da MŞ ilə KİVDF-nin mənzilə ehtiyacı olan jurnalistlərin siyahısını tərtib edərkən hansı “meyarları” üstün tutduqlarını ortaya qoyur.
Prezidentin vediyi mənzilləri satan jurnalistlərdən bir neçəsinin kimliyini öyrənmişik və onların mövqeyini öyrəndikdən sonra siyahını yaymağa hazırlaşırıq.

AzEuroNews.com
Prezidentin jurnalistlərə tikdiyi binadan daha bir ev satışda – Fotolar
Prezidentin jurnalistlərə tikdiyi binadan daha bir ev satışda – Fotolar
Prezidentin jurnalistlərə tikdiyi binadan daha bir ev satışda – Fotolar

Şərhlər

XƏBƏR LENTİ