SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rektor özünə bahalı seyf alıb: maaşa baxan məmur hara, pul yığmaq hara?!

Rektor özünə bahalı seyf alıb: maaşa baxan məmur hara, pul yığmaq hara?!

Tarix:

15-11-2018, 14:30

/ 1 351 dəfə oxundu.
Rektor özünə bahalı seyf alıb: maaşa baxan məmur hara, pul yığmaq hara?!

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun özünə paytaxtdakı bahalı mağazaların birindən seyf aldığı deyilir.

Bu barədə məlumatı ilk olaraq reportyor.info yayıb. Sayt bildirir ki, A.Məhərrəmov xeyli zaman əvvəl köməkçisi ilə birlikdə Bakıdakı seyf dükanlarından birinə üz tutaraq satışdakı ən yaxşı seyflərdən birini seçib alıb. AFN-in araşdırması zamanı məlum olub ki, rektorun aldığı seyfin dəyəri bir neçə on min manatla ölçülür. Seyf həm möhkəmliliyi, həm də nəfis işlənməsi ilə mağazadakı digər mallardan xeyli fərqlənirmiş. Maraqlıdı, BDU rektoruna bu seyf nə üçün lazımdır? O, rəsmi dövlət məmurudur, necə deyərlər, quru maaşa baxan adamdır. Belə olduqda möhkəmliyi ilə xüsusi seçilən seyf A.Məhərrəmova nə üçün lazım olub? Hər il BDU-dakı tələbələrdən yığılan milyonlarla vəsaiti saxlamaq üçün, yoxsa A.Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza”, “Monte Kristo” restoranlarından gələn gəlirləri toplamaq üçün, bunu təxmin etmək təbii ki, bizlər üçün çətindir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.Az

Şərhlər

XƏBƏR LENTİ