SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abid Şərifovdan sonra adamı Əli Məmmədov hədəfə gəlib – İDDİA

Abid Şərifovdan sonra adamı Əli Məmmədov hədəfə gəlib – İDDİA

Tarix:

12-11-2018, 20:37

/ 1 508 dəfə oxundu.
Abid Şərifovdan sonra adamı Əli Məmmədov hədəfə gəlib – İDDİA

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin baş direktoru Əli Məmmədovun yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar yayılıb.

Uzun illər baş nazirin müavini Abid Şərifovun himayə etdiyi agentlik direktoru hakimiyyətin yüksək dairələrində qəzəbə tuş gəlib. Belə ki, Abid Şərifovun vəzifəsini itirməsindən sonra onun kurasiya etdiyi sahələrdə yoxlamalar aparılıb. Nəticədə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin həyata keçirdiyi layihələrdə tenderlərin şəffaf keçirilmədiyi və böyük həcmdə dövlət vəsaitinin səmərəsiz xərcləndiyi məlum olub. Aztoday.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, 1997-ci ildən Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin direktoru vəzifəsinə təyin olunan Əli Məmmədovun nəzarətində, daha doğrusu həmyerlilərin və yaxın qohumlarının adına onlarla tikinti şirkəti fəaliyyət göstərir. Hansı ki, həmin tikinti şirkətləri dövlət əhəmiyyətli layihələr üzrə onlarla tenderin qalibi “olub”. Həmin şirkətlər hazırda da fəaliyyətlərini davam etdirirlər.

Məlumatlı mənbənin sözlərinə görə, Əli Məmmədov Bakıda dəyəri milyonlarla ölçülən yüzlərlə daşınmaz əmlaka sahibdir. Bu obyektlərin əksəriyyəti Əli Məmmədovun qohumlarının adınadır. Məlumata görə, Əli Məmmədovun təkcə Nəsimi rayonunda olan obyektlərinin birini aylıq 180 min manata icarəyə verib…

Məlumatlarda həmçinin bildirilir ki, Əli Məmmədovun dövlətin imkanları hesabına yaratdığı geniş biznes şəbəkəsində Abid Şərifovun da payı var.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin missiyası, Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan Respublikası ərazilərinin bərpası və yenidən qurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Məhz bu orqan tərəfindən bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsində və inşa edilməsində icraçıları müəyyənləşdirmək üçün tenderlər təşkil edilir. Bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq dəqiqləşdirilmiş tədbirlərin həyata keçirilməsi mexanizminin və müharibə nəticəsində zərər çəkmiş yaşayış məntəqələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi, onların bərpa edilməsi və yenidən qurulması haqqında təkif verilir. Deyilənlərdən də məlum olur ki, Agentliyin rəhbərliyi kifayət qədər geniş fəaliyyət dairəsinə malik olmaqla, iri məbləğlərdə maliyyə vəsaitlərinin dövriyyəsinə nəzarət edir.

Təsadüfi deyil ki, agentliyin direktоru Əli Məmmədov əlində cəmlənmiş bu imkanlardan şəxsi maraqları baxımından da faydalana bilib. Bir müddət əvvəl ölkə mediasında dərc olunmuş məlumatlarda da Əli Məmmədovun yol verdiyi maxinasiyalardan bəhs olunub: “Təəssüflər olsun ki, Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin fəaliyyətini bu gün heç də qənaətbəxş adlandırmaq olmur. Belə ki, qurumun səmərəli fəaliyyəti üçün ayrılan dövlət vəsaitləri əksər hallarda heç də məqsədyönlü şəkildə xərclənmir. Keçirilən tenderlərin şəffaflığı təmin olunmur. Bu zəmində də bir çox maxinasiyalara yol verilir. Xüsusilə bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikinti təşkilatının seçilməsinin yerli tender üsulu ilə müəyyən edilməsi, tikilən obyektlərə texniki nəzarətin həyata keçirilməsi, hazır obyektlərin qəbul edilməsi işlərində bir çox saxtalaşdırmalara yol verilir. Həmçinin əmtəə almağa, inşaat və sair işlərin həyata keçirilməsinə dair müqavilələrin bağlanması işləri də çoxsaylı qanun pozuntuları ilə müşayiət olunmaqdadır. Bütün bu maxinasiyaların yeganə məqsədi isə, əlbəttə ki, maliyyə vəsaitlərinin silinməsi və bu yolla mənimsənilməsidir…”.

Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ