SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sürücülərə XƏBƏRDARLIQ: "Cərimələnəcəklər"

Sürücülərə XƏBƏRDARLIQ: "Cərimələnəcəklər"

Tarix:

8-11-2018, 17:59

/ 1 230 dəfə oxundu.
Sürücülərə XƏBƏRDARLIQ: "Cərimələnəcəklər"

“Yük avtomobillərin paytaxt ərazisində hərəkəti ilə bağlı konkret vaxtın və istiqamətin müəyyən edilməsi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”

Bu sözləri Publika.az-a açıqlamasında Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov yük avtomobili sürücülərinə bu tələbələri öyrənib və uyğun şəkildə yerinə yetirməyi tövsiyə edib:

“Yük avtomobillərinin paytaxta daxil olması ilə bağlı konkret marşrut istiqamətinin müəyyən edilməsinə sürücülər bir müddət əvvəl etiraz etmişdi. Nazirlər Kabinetinin Yol hərəkətinin təhlükəsizliyi Komissiyasının sədri Hacıbala Abutalıbov onlarla görüş keçirdi. Həmin görüşdə noyabrın 15-dən bu bu prosesə kameraların nəzarət edəcəyini açıqladı. Biz də həmin görüşdə iştirak etmişdik. Yük avtomobillərinin hərəkəti ilə bağlı məsələyə həssaslıqla yanaşmağı tövsiyə edirəm. 2015-ci ildə qəbul edilmiş qərarda konkret olaraq sürücülərin hansı marşrut xətti üzrə hərəkət etməli olduqları açıqlanıb. Bütün inkişaf etmiş ölkələrdə hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün yük avtomobillərin hərəkəti ilə bağlı qaydalar var.

Sürücülər göstərilən marşrut üzrə hərəkət etsələr, heç bir problem yaşamayacaqlar. Əks halda, quraşdırılmış kameralar vasitəsilə qayda pozuntuları qeydə alınacaq. Qaydanı pozanlar qanuna müvafiq olaraq cərimələnəcək. İnzibati tənbeh tədbiri müəyyən ediləcək”.
V.Əsədov bu kameraların işləməsinin müsbət tərəflərindən danışıb:

“Bu kameraların işləmə prinsipinin təsdiq edilməsi sürücü-polis arasında xoşgəlməz hallara mane olacaq. Bu qərar həm də avtomatik idarəetmə sisteminin yaradılmasının göstəricidir. Hər bir sürücü bilir ki, kimliyindən asılı olmayaraq kameradan yayına bilməyəcək. Bu, həmçinin yol hərəkətində mədəniyyətin formalaşmasına səbəb olacaq. Çünki yük avtomobillərinin kor-koranə hərəkəti, düzgün olmayan yerdə maşınları park etmələri uzun müddətli sıxlığa, yol nəqliyyat hadisələrinə və ləngimələrə səbəb olurdu”.

Şərhlər

XƏBƏR LENTİ