SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı - 1 milyon qarşılığında

Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı - 1 milyon qarşılığında

Tarix:

8-11-2018, 16:00

/ 1 768 dəfə oxundu.
Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı - 1 milyon qarşılığında

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ev dustaqlığına buraxılıb.

Bu barədə BBC məlumat yayıb. Qərar Ali Məhkəmənin bugünkü iclasında qəbul edilib. O, 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdiriləcək. Hakim Ceremi Beyker bildirib ki, zaminə buraxılmaya etiraz etmək üçün ciddi əsaslar olmayıb.

Şərtlərə əsasən, xanım Hacıyeva saat 21: 00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir.

Hacıyevanın vəkilləri onun “fırıldaqçı” olmadığını bildiriblər.


Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.

Şərhlər

XƏBƏR LENTİ