SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu başçılar GEDİCİDİR... - İDDİA

Bu başçılar GEDİCİDİR... - İDDİA

Tarix:

6-11-2018, 18:51

/ 1 840 dəfə oxundu.
Bu başçılar GEDİCİDİR... - İDDİA

Bir neçə gün əvvəl prezident Şamaxının icra başçısını Beyləqana yolladı. Eyni zamanda Şamaxı və Səbail rayonlarına da yeni başçılar təyin olundu. Bununla bağlı DİA.AZ-a verilən məlumata görə, bi həftə də icra başçıları ilə bağlı dəyişikliklər davam edəcək.

İddiaya görə, sabiq icra başçısı adına layiq görüləcək isimlər arasında Qazax və Şəmkir rayon icra hakimiyyətlərinin rəhbərləri yer alıb.

Öncə Bakıya məsafə baxımından uzaq olan Qaax rayonun icra başçısı Rəcəb Babaşovda bir az bəhs edək. Təsadüfi deyil ki, Babaşov bu posta Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib. Məbuatda Rəcəb Babaşovun adı müxtəlif maliyyə maxinasiyalarından tutmuş “MTN işi”nədək ən müxtəlif məsələlərdə hallanıb. Hətta Qazaxın icra başçısı olduğu ilk günlərdə belə onun gömrük rəisi ilə əlbəyaxa dalaşdığı barədə xəbərlər yayılıb. Buna səbəb isə Babaşovun Gürcüstandan qaçaqmal yolu ilə siqaretlərin ölkəyə keçirmək istəyi göstərilir.

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da Rəcəb Babaşovla eyni dairədəndir - yəni keçmiş Vergilər Naziri Fazil Məmmədovun "kruqu"ndan. O da həmkarı kimi Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. 2014-cü ildə isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məlumata görə A.Məmmədovun sabiq nazir ilə maraqlı tanışlığı onu bu vəzifəyə qaldırıb.

O, yüksək vəzifədə olmamışdan əvvəl toy məclislərində həm tamada, həm də ifaçı kimi çalışıb. Tanışlığa gəlincə, A.Məmmədov nazirin iştirak etdiyi toyda köhnə peşəsi ilə məşğul olub. O, təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlib və onunla bir neçə dəqiqə oynayıb. A.Məmmədov masa arxasına dönəndən sonra sabiq nazirlə rəqs etməyin onun üçün şərəfli olduğunu söyləyib və buna görə kövrəlib. Söhbət F.Məmmədova çatdıqdan sonra Alimpaşa Məmmədovun “yuxarı”lara doğru yolu açılıb.

Bu arada xatırladırıq ki, keçmiş nazir Fazil Məmmədovun özünün də durumunun gərgin olduğu, hətta həbs oluna biləcəyi haqda informasiyalar yerli KİV-də yayılıb. İndi isə ona yaxın olan başçıların gedəcəyi xəbərləri var. Təbii ki, heç nə təsadüfi deyil...

Şərhlər

XƏBƏR LENTİ