SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı oliqarx oğluna Monakoda milyonluq toy edir – təfsilat

Azərbaycanlı oliqarx oğluna Monakoda milyonluq toy edir – təfsilat

Tarix:

6-11-2018, 14:52

/ 3 361 dəfə oxundu.
Azərbaycanlı oliqarx oğluna Monakoda milyonluq toy edir – təfsilat

Rusiyada yaşayan məşhur tikinti maqnatı Mehrac Babayev oğluna Monako krallığında toy edir.
Dəbdəbəli toy mərasiminə 1000 nəfər çağırılıb. Toy məclisinin təşkilinə bir neçə milyon dollar pul xərcləndiyi iddiası var.
Mehrac Babayevin 2009-cu ildə İsveçrəni bir-birinə qatan və ardınca ölkə mətbuatının əsas manşetlərinə çevirilən oğlu Ziya Babayevə toy etdiyi bildirlir.

Ziya Babayev Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin hüquq fakültəsində təhsil aldığı günlərdə, 2009-cu ildə avtoşluq etmişdi. Həmin ilin noyabrında Cenevrə yollarında üç yoldaşı ilə bərabər maşın yarışı təşkil edib. Avtomagistralda sürət həddini aşan yoldaşlar (151 km/saat) sonradan qəzaya səbəb olublar. Ziya Babayevin "Lamborghini” markalı avtomobili "Volksvagen Golf” markalı avtomobillə toqquşub.

Nəticədə 70 yaşlı alman təqaüdçü ağır xəsarət alıb. Ziya Babayev təqaüdçünün bütün xərclərini üzərinə götürərək, onun müalicəsinə yardım edib. Lakin indiyə qədər Z.Babayevin alman təqaüdçüyə ödədiyi maddi və mənəvi təzminatın məbləği açıqlanmayıb. Babayevlə bərabər Cenevrə yollarında xuliqanlıq edən daha iki nəfər - AST şirkətlər qrupunun rəhbəri Telman İsmayılovun oğlanları Ələkbər və Sərxan hadisə baş verən gün İsveçrəni atalarına məxsus təyyarə ilə tərk ediblər və İstanbula uçaraq məsuliyyətdən yayınıblar.
Hadisədə iştirak edən dördüncü şəxsin adı isə indiyə qədər müəyyən edilməyib. Lakin fərziyyələr var ki, o, kifayət qədər geniş imkanları olan rus milyarderin oğludur. Mehrac Babayevin oğlunun vəkili Jak Briyonun sayəsində Z.Babayev polis nəzarətindən çıxmışdı. Rusiya mətbuatınun məlumatına görə, Babayevin azadlıqda qalması üçün 100 min frank (95 min dollar) girov verilmişdi. Azadlığa buraxıldıqdan sonra keçən beş il ərzində Babayev daha iki dəfə sərxoş şəkildə "Bentley" markalı avtomobili idarə etdiyinə görə saxlanılıb.

Gənc avtoş məhkəməyə özünün İsveçrədə avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən biznesi olduğunu bildirib. O, müntəzəm gəlirinin aylıq 30 min dollar, əmlakının isə 5 milyon dollar olduğunu deyib. Məhkəmə Babayevə İsveçrə ərazisində biznesini davam etdirməsinə və girov pulunu geri götürməsinə izn verib. Z.Babayevin təhsil aldığı Moskva Dövlət Universitetinin Cenevrədəki Beynəlxalq Mərkəzinin rəhbəri, milliyətcə azərbaycanlı Tamerlan Həsənov Rəsul Quliyevin yaxın adamıdır.
Azərbaycan adı çəkilən şəxsi hazırda beynəlxalq axtarışa verib. O, dövlət vəsaitinin mənimsənilməsində günahkar bilinir. Belə ki, Rəsul Quliyev "Azərneftyağ” Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyərkən zavodun baş mühasibi Qalina Nikolayevna Lebedeva və Moskva şəhərində yaşayan həmyerlisi Tamerlan İbrahimoviç Həsənovla cinayət əlaqəsinə girib. Adları çəkilən şəxslər 1992-1993-cü illərdə saxta sənədlər tərtib edərək, zavodun Moskva Xarici İqtisadi Bankında olan valyuta hesabından 10 milyon ABŞ dolları məbləğində dövlət vəsaiti çıxarıblar.
Ziya Babayevin atası, Rusiyada yaşayan məşhur tikinti maqnatı Mehrac Babayev isə "Verso-M" şirkətinin sahibidir. Babayevlə bağlı Rusiya mətbuatı birmənalı fikrə sahib deyil. Mətbuat Babayevin guya Uzaq Şərqdə dövlət sifarişli tikinti layihələrini reallaşdıran zaman tacik və özbək işçiləri qəpik-quruş qarşılığında pasportlarını əlindən alaraq, qul kimi işlətdiyini bildirib.

Criminal.az
Azərbaycanlı oliqarx oğluna Monakoda milyonluq toy edir – təfsilat
Azərbaycanlı oliqarx oğluna Monakoda milyonluq toy edir – təfsilat

Şərhlər

XƏBƏR LENTİ