SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 8 Martda özü üçün pul yığdıran kişi direktorlar - Valideynlər nə etməlidir?

8 Martda özü üçün pul yığdıran kişi direktorlar - Valideynlər nə etməlidir?

Tarix:

6-03-2017, 16:12

/ 1 810 dəfə oxundu.
8 Martda özü üçün pul yığdıran kişi direktorlar - Valideynlər nə etməlidir?

8 Mart Beynəlxalq Qadınlar gününün qeyd olunmasına cəmi 2 gün qalır. Amma bayramın "səs-küy”ü məktəblərdə bir neçə həftə əvvəldən eşidilməyə başlanılıb.

Təhsil Nazirliyindən məktəb direktorlarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu bayramda da artıq ölkənin əksər təhsil ocaqları "gücləndirilmiş iş rejiminə” keçib. Həmin "rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərdən bayram hədiyyəsi kimi pul yığır. Valideynlər isə Təhsil Nazirliyinin xəbərdarlığını xatırladanda, "bizdən də yuxarılar tələb edir” cavabını verirlər.

Bəs məktəblərdəki "8 Mart yığımı” necə tənzimlənməlidir?

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirddən birbaşa pul tələb edilməsi biabırçılıqdır: "Xoşagəlməz hallardan biri də odur ki, sinif rəhbərləri bəzən kişi olan məktəb direktorunun da adına 8 Martda pul yığırlar. Mentalitetimiz təşəkkürü inkar etmir. Amma şagirdlərin birbaşa bu prosesin içində olması yolverilməzdir.

Əlbəttə ki, bizim milli mentalitetimiz, dəyərlərimiz var. Yəni sənin üçün müsbət addım atmış birinə bunun müqabilində təşəkkür etmək olar. Ətrafında olanların təşəkkürü onun fəaliyyətinə böyük stimul verir. Düşünürəm ki, kiminsə fəaliyyətinin müqabilində təkcə əmək haqqı ilə mükafatlandırılması azdır. Lakin o halda ki, bu, müəllim, məktəb rəhbərliyi tərəfindən məcburi formada həyata keçirilməsin”.

Ekspert müəllimlərə təşəkkür əlaməti olaraq könüllü şəkildə hədiyyə verilməsinin pis hal olmadığını düşünür: "Birbaşa pul verilməsindənsə, gül, parfumeriya, kitab dükanlarından müəyyən məbləğdə hədiyyə kuponlarının verilməsi də daha uyğun olardı. Çünki o həm qadın, həm ana, həm də müəllimdir. İl ərzində bir dəfə ona bu üç arqumentləri birləşdirdiyinə görə təşəkkür etmək elə bir ciddi problem deyil”.

Şərhlər

XƏBƏR LENTİ