XalqXəbər.Az

Arzu Rəhimov çətin durumda... - İşi araşdırılır

yüklənir...
Arzu Rəhimov çətin durumda... - İşi araşdırılır
2-11-2018, 10:36
yüklənir...

General Arzu Rəhimovdan şikayət artıq effektini verməkdədir. Xatırladaq ki, Qarabağ və Əfqanıstan veteranı,1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdin qarşısını alanlardan biri, polkovnik Fəttahov Ağaverdi bu dəfə general Arzu Rəhimovla bağlı şikayətini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlamışdı. Buna qədərsə narazı polkovnik Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət etmişdi.

Bununla bağlı danışan bilgili qaynaq iddia edir ki, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi ilə bağlı məsələ araşdırmaya götürülüb.

Mənbənin söylədikləri: "Təbii ki, Mehriban xanıma və eləcə də PA rəhbərliyinə edilən müraciətlər cavabsız qala bilməzdi və bu iş dəqiqliyi ilə araşdırılacaq. Kimin ziyanla çıxacağı isə aydındır. Çünki Arzu Rəhimovun özü də artıq durumun gərginliyini tam olaraq anlayır".

Polkovnik Fəttahov Ağaverdinin Arzu Rəhimovla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya etdiyi şikayətinin videosunu bir daha təqdim edirik:

DİA.AZ

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur