SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məşhur yazıçının ev muzeyinin altında MASAJ SALONU - Bakıda BİABIRÇILIQ

Məşhur yazıçının ev muzeyinin altında MASAJ SALONU - Bakıda BİABIRÇILIQ

Tarix:

1-11-2018, 11:22

/ 5 492 dəfə oxundu.
Məşhur yazıçının ev muzeyinin altında MASAJ SALONU - Bakıda BİABIRÇILIQ

Bakıda mərhum azərbaycanlı yazıçı Məmməd Səid Ordubadiyə qarşı hörmətsizlik edilib.

GoldNews.az xəbər verir ki, yazıçının ev muzeyinin yerləşdiyi binanın aşağı mərtəbəsində masaj salonu fəaliyyətə başlayıb. Sosial şəbəkədə müzakirələrə səbəb olan masaj salonunun əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi iddia edilib. Sözügedən məsələ istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Hər kəs bunu dahi yazıçıya qarşı hörmətsizlik hesab edib.

Qeyd edək ki, Məmməd Səid Ordubadi görkəmli azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçidir. O, Azərbaycanın Əməkdar İncəsənət xadimi, “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər” kimi tarixi romanlarının müəlifidir.

Şərhlər

XƏBƏR LENTİ