SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Salyanı xilas edən deputatın ilginc konflikti: generalın obyektləri də çökür

Salyanı xilas edən deputatın ilginc konflikti: generalın obyektləri də çökür

Tarix:

18-01-2017, 00:11

/ 3 042 dəfə oxundu.
Salyanı xilas edən deputatın ilginc konflikti: generalın obyektləri də çökür

Salyanın deputatı, general-leytenant Əliağa Hüseynovun biznesi durğunluq dövrünü yaşayır

Məlumata görə, millət vəkilinin obyektləri çökür. Rayonda Kür çayının qırağında yerləşən restoranı və soyuducu zavodu iflas etmək üzrədir.

Bakıda isə “Atlantis” şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranı müflisləşməkdədir. Generalın bu obyektlərdə şəriki isə Türkiyə vətəndaşıdır. Onun torpaq biznesində də adı hallanıb. Və deputatın işləri yaxşı getmir.

Bundan başqa, generalın Ələt-Astara yolunda 1700 hektar torpaq sahəsi var. Ə.Hüseynov həmin əraziləri icarəyə verib.

Salyan və Sabirabaddakı qoyunçuluq təsərrüfatlarına, sünibalıq göllərinə sahiblənib. Millət vəkilinin biznes imperiyasının bilinməyən tərəfləri də var və siyahı heç də bu obyektlərlə məhdudlaşmır.

Əldə etdiyimiz məlumata görə, Ə.Hüseynovun prezidentin Dövlət Mühafizə Xidmətinin rəisi, əslən salyanlı Vaqif Axundovla yaxşı münasibətləri var.

Salyan uğrunda gedən nüfuz savaşında hər iki saylanlı çiyin-çiyinə mübarizə aparıblar. Ə.Hüseynovun keçmiş icra başçısı Tahir Kərimovla əlaqələri ürəkaçan olmayıb.

Onun vəzifədən gedişində də bu amillərin rol oynadığı iddia edilir. T.Kərimovla bağlı kampaniyanın aparılması və indiyə qədər təyinat ala bilməməsi kimi qruplaşma qarşıdurmaları göstərilir.

Onu da demək lazımdır ki, 2010-cu ildə Kür daşqınları zamanı deputat böyük fədakarlıq nümayiş etdirib və selin Salyana keçməsinin, böyük fəlakətlərə səbəb olmasının qarşısını alıb.

Onun Salyanın icra başçısı da, deputatı da olduğu dövrdə vətəndaşların müraciətlərinə biganə qalmayıb. İnsafən, həm də mətbuata açıq deputatdır. Onun barəsində müxtəlif informasiyalar yayılır.

Bir müddət əvvəl T.Kərimovu müdafiə edən bir anonim məktub mediada yayılmışdı və hədəf Ə.Hüseynov idi.

Sitat: “Bakıdan Salyana gələndə Kür çayının üstündəki körpünün solunda 8 ha ərazidə yerləşən keçmiş 5 idarənin 7-ə yaxın inzibatı binasıyla birlikdə bütöv bir şəhəri alıb.

Niyə yazmırlar ki, deputat Əliağa Hüseynov rayonun icra başçısı olanda yeni açılan Ələt-Astara yolunun kənarında 2000 ha torpaq alıb, indi yavaş-yavaş satır”.

T.Kərimovun salyanlı deputat Əliağa Hüseynova uduzmasından sonra rayondakı biznesi əl dəyişib. Hazırda Salyanda əsas söz sahibi və biznes imperiyası Ə.Hüseynova aid olduğu bildirilir.

Şərhlər

XƏBƏR LENTİ