yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Sumqayıt VVAQŞ-də evlənənlərə necə “toy” tuturlar

Sumqayıt  VVAQŞ-də evlənənlərə necə “toy” tuturlar
30-10-2018, 23:23 186 dəfə baxılıb

Mənimlə evlənərsənmi? Bu suala müsbət cavab alandan sonra həyatınızın ən xoş, səs-küylü məqamı başlayır – toy hazırlıqları. Gəlin donunun seçilməsi, toy üzükləri və mərasimin ümumi təşkili.

Mozalan.az rəsmi nikahın neçəyə başa gələcəyini araşdırıb.
Azərbaycanda rəsmi nikahı üç məkanda bağlamaq olar: ASAN Xidmət, Vətəndaşlıq Vəziyyətləri Aktlarınin Qeydiyyat Şöbəsi (VVAQŞ) və Səadət Sarayı (Bakı Nikah Evi).
VVAQŞ-də və ASAN Xidmət mərkəzlərində nikah bağlamaq – 5 manata başa gəlir. Bu dövlət rüsumudur və məhz bəy tərəfindən banka ödənilməlidir.
Lakin həmin məkanlarda nikahınızı daha təntənəli şəkildə qeyd etmək istəsəniz, 50 manat ödəməli olacaqsız. Bu qiymətə "ZAQS” işçiləri sizə şərbət üçün 6 bakal, şirniyyat masası, fon musiqisi, fotokamera ilə çəkiliş aparmaq imkanı yarada bilərlər. Masadakı təamları isə özünüz gətirməlisiz.
Bundan başqa, "ZAQS” nümayəndələri sizin nikahınızı kəsmək üçün toyunuzu qeyd etdiyiniz restorana, və ya digər məkana da gələ bilər. Şəhər içi məkanlara məmurun gəlişi 181 manat təşkil edəcək. Bakı ətrafına gəlmək yolun uzaqlığından asıllı olaraq daha 10-15 manat baha olacaq. Qeydiyyat şöbəsinin işçisinin mərasiminizə saat 19.00-19.30 radələrində gəlməsi nəzərdə tutulub.
ASAN Xidmətin nikah məmuru da restorana gələ bilər. Bunun üçün regoinlara görə fərqli qiymətlər tətbiq edilir. Bakıda buna görə 170 manat, Sumqayıtda 100 manat rəsmi dövlət rüsumu ödəməli olacaqsız. Bərdədə bu məbləğ 100 manat, Gəncədə 120 manat, Sabirabadda isə 175 manatdır.

Lakin bunlar rəsmi rüsumlardır. Əksər hallarda qeydiyyat şöbələrində kütləvi korrupsiya halları mövcuddur və bu heç kimə sir deyil.

Məsələn, Sumqayıt qeydiyyat şöbəsində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir. Şöbənin müdiri Təranə Novruzova ancaq vətəndaşlardan pul qopartmaq haqqında düşünür. Ölkədə gedən uğurlu hüquqi islahatlara, etik davranış qaydalarına, şəffaflığa, qanunların icrasına məhəl qoymayan Təranə xanım sanki vətəndaşlara qənim kəsilib. Xüsusilə, yeni ailə quranlara divan tutur. Pulun oldu-olmadı ona yüksək məbləği ödəməlisən, Toyun hansı şadlıq evində olmasından, toya neçə gün qalmasından, şadlıq evinin yaxınlığından asılı olaraq elə qiymətlər qoyur ki... Başa düşmək olmur ki, bu rüşvəti o, nəyə görə alır. Toya 15 gün qalmış müraciət edənlərdən 170 manat, 20 gün qalmış müraciət edənlərdən isə 200 manat tələb edir. Kim onun istədiyi pulu verməsə, şadlıq evində nikah kəsdirməkdən imtina edir.
Görəsən hörmətli ədliyyə naziri Fikrət Məmmədovun Təranə Novruzovanın bu özbaşınalıqlarından xəbəri varmı? İnanmaq olmur. Çünki hamı bilir ki, Fikrət müəllim ədliyyə sistemində ciddi bir şəffaflıq, qanunlara hörmət, qanunların icrasına nəzarət sistemi yaradıb. Təranə xanım isə görünür öz mənfəətini güdənlərdəndir, toya qazanc mənbəyi kimi baxır. Çox qəribədir ki, pul alandan sonra vətəndaşa nə qəbz verir, nə də başqa bir kağız.

Mozalan.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ