yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO

Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO
6-03-2017, 13:11 307 dəfə baxılıb

“Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir”.

Bu sözləri “Bakubus” MMC-in mətbuat katibi Mənsur Priyev sərnişinlərin ictimai nəqliyyatdakı fəaliyyətini şərh edən zaman bildirib. O, əlavə edib ki, bəzən avtobusa daxil olan sərnişin heç bir məsuliyyət hiss etmək istəmir:

“Eyni zamanda avtobusun salonunu çirkləndirən, məişət tullantılarını, ərzaq qalıqlarını avtobusa ataraq antisanitar vəziyyət yaradan, oturacaqları zədələyən, yazan nə qədər sərnişinlərimiz də var. Bütün bunlar diqqətə alınmalı və cəmiyyətdə sərnişin məsuliyyəti anlayışı formalaşmalıdır. Bu cür sərnişinlərə qarşı digər vətəndaşlar ictimai mübarizə aparmalıdır. Xüsusilə, intervallarla bağlı daxil olan şikayətlər araşdırıldıqda görürük ki, sərnişinlərin də rolu böyükdür. Müşahidələr göstərir ki, əsasən səhər saatlarında işə, axşam isə evə tələsən sərnişinlər ödəniş kartlarının oxudulması qaydasına yetərincə əməl etmirlər.

İctimai nəqliyyatda hər birimiz iştirakçıyıq. Ona görə də, illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq”.

Mətbuat katibi paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında çəkilmiş bir neçə fotonu da sosial şəbəkədə paylaşaraq bu kimi halların yolverilməz olduğunu qeyd edib.

Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO
Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO
Bakıda avtobusda “turnik”ə çıxanlar - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ