SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elman Rüstəmov nədən Eldar Mahmudova nəfəslik açır? - Rüfət Aslanlının təqdimatı ilə...

Elman Rüstəmov nədən Eldar Mahmudova nəfəslik açır? - Rüfət Aslanlının təqdimatı ilə...

Tarix:

30-10-2018, 16:36

/ 1 691 dəfə oxundu.
Elman Rüstəmov nədən Eldar Mahmudova nəfəslik açır? - Rüfət Aslanlının təqdimatı ilə...

Bu gün məlum olur ki, qeyri-leqal olaraq Eldar Mahmudovun bankı kimi tanınan və başında hətta məlum "MTN işi" qalmaqalında belə Eldar Mahmudovla dostluğundan imtina etmədiyini nümayişkaranə şəkildə ifadə edən, Çingiz Əsədullayevin dayandığı "AGBank" yenidən nəfəslik qaanıb. Xatırladırıq ki, buna qədər sözügedən bankın hətta bağlanma təhlükəsi barədə də informasiyalar yayılmaqda idi. İndi isə aydın olur ki, "AGBank" xilas edilir və bu işdə Mərkəzi Bank təj deyil.

Azərbaycan Mərkəzi Bankı (AMB) “AGBank”a borcu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təklifi ilə ayırıb və bu vəsaitlərin çox ciddi girov əsaslarında verib.
Bunu AMB-nın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "AMB böhran dövründə digər banklara da bu və ya digər formada yardımlar göstərib. Yəni valyuta girovları əsasında kreditlər verilib. Hazırda ehtiyacı olan banklarda da vəsaitlərimiz var. Əlavə edim ki, bu vəsaitlərin çox ciddi girov əsasları da var”.

2018-ci ilin 3-cü rübündə "AG Bank" AMB -dən 5 milyon manat borc alıb. 30 İyun 2018-ci il tarixində AMB -nın"AG Bank"a qarşı tələbləri 40 milyon manat təşkil etmişdi. 30 Sentyabr 2018-ci il tarixində bu məbləğ 45 milyon manata çatıb.

Bir daha bildirək ki, Eldar Mahmudovun və onun dəstəsinin ifşasından sonra mediada ən çox adı hallandırılanlardan biri də “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevdir. Uzun illər “MTN dağı”na söykənən Əsədullayev rəhbərlik etdiyi banka əmanət olunan mal-mülkə əziyyətsiz sahiblənə bilirdi. Qanunsuz pul köçürmələri haqda da həmin illərdə xəbərlər bir-birini əvəzləyirdi. Əsədullayevin kölgəsinə sığınıb “qara işlər” gördüyü Eldar Mahmudov sonradan gözlənilməz şəkildə “vuruldu”.

Bundan sonra “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər hallar barədə, demək olar ki, hər gün mətbuatda müxtəlif yazılar dərc olunmağa başladı. Ç.Əsədullayevin adı Beynəlxalq Bankda dövlətin milyardlarla manat vəsaitinin talan edilməsinə də qarışdı. Eldar Mahmudovun qudası Cahangir Hacıyevin köməkliyi ilə qanunsuz əməllərə imza atmış Ç.Əsədullayev “Beynəlxalq Bank işi”ndə dindirilərkən çətin suallar qarşısında qalmışdı. Onun adının Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Bildirilirdi ki, Ə.Əsədullayevin də “maliyyə xəyanətlərində” iştirakı olub. Belə xəbərlər vardı ki, Beynəlxalq Bankdan talan olunan milyardların bir hissəsini Mahmudov-Hacıyev çetesi Ç.Əsədullayevin rəhbərlik etdiyi bank üzərindən ofşorlara transfer ediblər. Amma nədənsə Beynəlxalq Bankdakı maxinasiyalara görə həbs olunanlar sırasında Ç.Əsədullayevin adına rast gəlinmədi.

“Beynəlxalq Bank işi”ndən əvvəl də Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar vardı. 2014-ci ilin iyununda Kaliforniya Universitetinin (“KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarda bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. E.Mahmudovun “vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib.

Eldar Mahmudov işdən çıxarılandan, Cahangir Hacıyev həbs ediləndən sonra onların “qara işlər”ində adı keçən Ç.Əsədullayevin ölkədən birdəfəlik getmək istəyi haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Ç.Əsədullayev xəstəlik adı ilə ölkədən kənara çıxıb geri qayıtmaq istəmir. Sonradan isə ona ölkədən çıxmağa imkan verdilər. Belə xəbərlər yayıldı ki, Əsədullayevin planını önləyəcək addımlar atılandan sonra ona ölkədən çıxmaq izni veriblər. Şərt də bu olub ki, əgər Əsədullayev geri dönməsə, bankı və digər siyahıya alınmış əmlakları digər şəxslərin mülkiyyətinə keçəcək. Digər bir məlumata görə, Əsədullayevin həbsdən yaxasını qurtarması istintaqla əməkdaşlığa getməsi ilə əlaqəli olub. O, “qara pul” ötürmələri haqda məlumatları istintaqa təqdim edib.

İndi isə Elman Rüstəmov "AGBank"ı Rüfət Aslanlının təıqdimatı ilə xilas etdiyini aşkar şəkildə ifadə edir. Bu isə həm də Eldar Mahmudovun bank sektorundakı təzahürlərindən bəlkə də sonuncusu hesab olunan şəbəkəyə verilən dəstək kimi qiymətləndirilə bilər.

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ