SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » QANUNSUZ QƏRARLAR QƏBUL EDƏN HAKİM AİDƏ HÜSEYNİN VƏZİFƏSİ BÖYÜDÜLÜR?-ŞOK

QANUNSUZ QƏRARLAR QƏBUL EDƏN HAKİM AİDƏ HÜSEYNİN VƏZİFƏSİ BÖYÜDÜLÜR?-ŞOK

Tarix:

30-10-2018, 11:41

/ 3 041 dəfə oxundu.
QANUNSUZ QƏRARLAR QƏBUL EDƏN HAKİM AİDƏ HÜSEYNİN VƏZİFƏSİ BÖYÜDÜLÜR?-ŞOK

Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək. Tezadlar.az bildirir ki, Milli Məclisə daxil olan layihəyə əsasən, Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimi təyin olunacaq.
Bundan başqa, Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin ediləcək.
Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məhərrəmova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin olunacaqlar.
Hüseynzadə Afiq Hüseyn oğlu və Mamedov Rəşad Ziyaviddin oğlu Gəncə Apellyasiya Məhkəməsinin, Babayeva Hökümə Çingiz qızı, Əsgərova Ruhiyyə Orucəli qızı, Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin, Abbasov Fehruz Novruz oğlu, Həsənov Müşfiq Kamil oğlu, Kərimov Taleh Suliddin oğlu Şirvan Apellyasiya Məhkəməsinin, Eyvazov Akif Məhərrəm oğlu, Mahmudov Ayaz Akif oğlu Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilir.
Layihənin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir.
***
"Təzadlar" xatırladır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn son bir neçə ayda adı qanunsuz qərarlar qəbul etməkdə daha çox hallanan hakimlərdəndir... Xüsusən də hakimin bir müddət əvvəl "Biləcəri Təmir-Quraşdırma" Tresinin xeyrinə (bu qərar Bakı Apellyasiya və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb) qərar qəbul edib bir neçə aydan sonra tərsinə qərar verib Ali Məhkəmənin qərarını təhqir edən qərar qəbul etməsi medianın gündəmini zəbt edib...
Bu barədə "Təzadlar"ın sabahkı sayında geniş yazı təqdim edilir...

Şərhlər

XƏBƏR LENTİ