SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılov niyə gömrük sədri ola bilmədi?

Süleyman Mikayılov niyə gömrük sədri ola bilmədi?

Tarix:

29-10-2018, 14:48

/ 2 818 dəfə oxundu.
Süleyman Mikayılov niyə gömrük sədri ola bilmədi?

Qaradağın “Çakır” ləqəbli icra başçısının ölkə rəhbərliyi yanında etimadını tam itirdiyi bildirilir…

Qaradağ icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun bu ilin aprelində keçirilən prezident seçkilərindən sonra Dövlət Gömrük Komitəsinin sədri olmaq həvəsinə düşüb.

Bu barədə daxil olan məlumata görə bunun üçün Süleyman Mikayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova minnətçi düşüb. Lakin onu rədd cavabı verilib.

Mənbənin iddiasına görə FHN şefi Mikayılova bildirib ki, onun üçün hətta Qaradağ belə böyükdür və bundan sonra keçmişi ilə bağlı bir sıra nüansları Süleyman Mikayılovun diqqətinə belə çatdırıb. Mənbə qeyd edir ki, daha əvvəl Kəmaləddin Heydərov Süleyman Mikayılovun ayağını Azərbaycan Boks Federasiyasından tamamilə kəsib.

Qeyd edək ki, Süleyman Mikayılov Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Federasiyanın prezidenti isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Mikayıl Süleymanov daha əvvəl Azərbaycan Boks Federasiyasında əsas səlahiyyətli adam hesab olunurdu. Lakin 2015-ci ildə Süleyman Mikayılovun öz fəaliyyəti FHN şefini pis vəziyyətdə qoyub.
Belə ki, Mikayılov Kəmaləddin Heydərovdab və ölkə rəhbərliyindən xəbərsiz Avropa Boks Konfederasiyasının vitse prezidenti olmaq üçün bəzi avropalı həmkarları ilə bazarlıq edib və nəticədə Avropa Boks Konfederasiyasının vitse prezidenti seçilib.
Həmin dövrdə mətbuatın yazdığına Mikayılov bu vəzifəyə seçilmək üçün avropalı həmkarlarından lobbi dəstəyi almağa görə yarım milyon manat xərc çəkib və nəticədə Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyasının iclasında Süleyman Mikayılov vitse prezident seçilə bilib. Lakin həmin məlumat ölkə mətbuatında, həmçinin hökümətyönlü aparıcı mətbu orqanlarda dərc olunduqdan bir neçə saat sonra Mikayılov istefa verib.

İstefa verməsinin səbəbi isə Qaradağın icra başçısının ölkərəhbərliyndən xəbərsiz belə bir addım atması qəbul olunmaz hal kimi qiymətləndirilməsi olub. Mənbə bildirir ki, elə o zamandan Kəmaləddin Heydərov Süleyman Mikayılovun ayağını boks federsasiyasından kəsib.

Süleyman Mikayılovun digər bir “günahı” isə Qaradağda sement idtehsal edən “Norm” MMC-nin xammal yataqlarını bəzi işbazlara bilərəkdən satması olub.

Prezidentin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı göstərişlərinə rəğmən, Süleyman Mikayılov Qaradağ rayonunu ən iri investorlarından biri olan qarşı ögey münasibət sərgiləyribvə rayonda iri sement zavodunun rəsmi olaraq istismar üçün aldığı yataqları məcburi köçkünlərə satıb.

“Norm” MMC həmin xammal yataqlarını istismar etmək istəyən zaman isə Süleyman müəllim məcburi köçkünləri ora tökərək problem yaradır və yataqların istismarına imkan vermirmiş.

Guya o yataqlardan məcburi köçkünlər çörəkpulu qazanırmış. Lakin sonradan başçının bu oyunlarından respublika rəhbərliyinə şikayət edilmş və nəticədə Mikayılov geri çəkilməyə məcbur olmuşdu. Mənbə bildirir ki, bütün bunlar Süleyman Mikayılovun Dövlət Gömrük Komitəsinin sədri olmaq üçün əsas əngəllərdən hesab olunub və onun diqqətinə çatdırılıb.
Hazırda isə Süleyman Mikayılovun Qaradağ rayon İcra Hakimiyyəti vəzifəsindən alınması da gündəmdədir. Bu barədə məlumatlandıran mənbə bildirib ki, Süleyman Mikayılovdan ölkə rəhbərliyinə edilən çox saylı şikayətlər onun tezliklə dəyişdiriləcəyini qaçınılmaz edir.
İddia olunur ki, Süleyman Mikayılovun yerinə əsas namizədlərdən biri Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ