SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN XANIM MÜƏLLİMDƏN ŞOK İTTİHAM

DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN XANIM MÜƏLLİMDƏN ŞOK İTTİHAM

Tarix:

26-10-2018, 22:55

/ 1 843 dəfə oxundu.
DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN XANIM MÜƏLLİMDƏN ŞOK İTTİHAM

Könül Haqverdiyeva: “Mən Bəxtiyar Əliyevdən belə qərəzli, səviyyəsiz mövqe gözləmirdim, çünki...”
“Təzadlar”ın səhifələrində müxtəlif yollarla saxta elmi dərəcə alanlar barədə çox sayılı yazılar dərc olunub. Bu yazılar ən müxtəlif dairələrdə böyük rezonans yaradıb. Konkret sənədlərə yönələn bu faktlar nəticəsində özünün də diplomunun saxta olduğu üzə çıxdıqdan sonra Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov vəzifəsi ilə vidalaşmalı oldu.
Bu yazılardan sonra saxta diplomlu səlahiyyətlilərin qanunsuz əməllərindən bezən əsl elm sahiblərinin, elmə gedən yolu min bir bəhanə ilə kəsilmiş neçə-neçə insan redaksiyamıza müraciət edib. Belə müraciətləri araşdırıb, onları bir-bir oxucularımıza və aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdıracağıq.

AMEA-nın müxbir üzvü olan Bəxtiyar Əliyevdən yaraşmayan hərəkət...

Elmə gedən yolu Bəxtiyar Əliyev tərəfindən badalaqla kəsilmiş elm fədailərindən biri də Azərbaycan Dillər Üniversitetinin dissertantı, psixologiya kafedrasının baş müəllimi Haqverdiyeva Könül Məmməd qızıdır.
Könül Haqverdiyeva Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətində BDU-nun psixologiya kafedrasının müdiri, deputat, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin saxtakar əməllərindən yazıb.
***
...Könül Haqverdiyevanı redaksiyamıza dəvət etdik... “Məni yandıran budur ki, mən-Ağdam rayonundan olan, qəlbi torpaq nisgilli xanımla- elm adamı olan həmyerlisi ilə intriqa aparan, təmənna uman Ağdamın deputatı olan, amma deputatlığından əsər-əlamət olmayan Bəxtiyar Əliyevin hərəkətlərindən dərin təəssüf hissi keçirirəm... “Təzadlar” saxta və elmi işi şübhəlilərin diplomlarından çox yazıb, haqlı yazıb... Mən özüm Bəxtiyar Əliyevin namizədlik dissertasiyasının referatını oxumaq istəmişəm. Heç bir yerdə yoxdur. Niyə? Nə baş verib? Belə şübhəli elm arxivinə malik bir adam mənimlə niyə intriqa aparmalıdır? O, nə istəyir? Və bu əməlləri ilə nə demək istəyir???”.
***
...Könül xanım həyəsanla danışır. Onun müsahibəsi video-lentə alınıb və tezliklə saytda və sosial şəbəkələrdə yayımlanacaq... Xanım elm adamı var gücü ilə Bəxtiyar Əliyevin qərəzli əməllərinə qarşı müqavimət göstərməkdədir və o, millət vəkili, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, professor Bəxtiyar Əliyevdən və elmi işlərin müdafiəsinə süni əngəl yaradan onun ətrafındakı komandasından Prezidentə şikayətçidir.
***
K.Haqverdiyeva barədə qısa olaraq onu deyə bilərik ki, 1997-ci ildə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Pedaqogika-Psixologiya fakültəsini bitirib. Elə həmin ildən də Azərbaycan Dövlət Dillər Universitetində işləyir. 2012-ci ildən psixologiya kafedrasının müəllimidir. Gürcustanda “Humanist pedaqogika” mövzusunda keçirilən elmi seminardakı məzmunlu çıxışı bir çox elm adamlarının diqqətini cəlb edib. Həmin seminardakı çıxışı izləyən Rusiya Dövlət Duması Təhsil Komitəsi sədrinin muavini Oleq Simolinin köməkçisi Klara Şarapovna Mansurova Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitunun o vaxtkı rəhbəri Qulu Novruzova rəsmi müraciət edərək K.Haqverdiyevanın dərsində iştirak etmək istədiyini bildirmişdir. Onun bu istəyi rəsmi qaydada təmin olunmuşdur.
***
K.Haqverdiyeva redaksiyamızda olarkən uzun müddətdir onun “M.F.Axundovun əsərlərində şəxsiyyətin sosial-psixoloji xususiyyətləri” mövzusunda elmi işinin müdafiəsinə Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiri, Ağdamdan millət vəkili (???), professor Bəxtiyar Əliyevin problem yaradaraq, yol verdiyi şok əməllərindən geniş söhbət açdı. Dediklərini sübut edən sənədləri və audio yazıları da redaksiyamıza təqdim etdi. “Təzadlar”ın Araşdırma Qurupu təqdim olunan sənəd və səs yazılarının araşdırılması istiqamətində fəaliyyətə başlayıb. Araşdırmamızın nəticəsi barədə geniş yazılarla çıxış edəcəyik. İndilikdə isə, K.Haqverdiyevanın Bəxtiyar Əliyev və onun komandası tərəfindən başına açılan oyunlar barədə Prezident cənab İlham Əliyevə, Azərbaycanın birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və Ali Attestasiya Komisyasının yeni rəhbərliyinə-Famil Mustafayevə ünvanlı video müraciətini təqdim edəcəyik. Bizi izləyin...
Mövzunu diqqətdə saxlayacayıq.
Təqdim etdi: Elçin Məmmədli
P.S.Bəxtiyar Əliyevin də mövqeyini dinləməyə, əsaslı sübutlara söykənən mövqeyini dərc etməyə hazırıq...
DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN XANIM MÜƏLLİMDƏN ŞOK İTTİHAM
DEPUTAT BƏXTİYAR ƏLİYEVİN QƏRƏZLİYİNİ İFŞA EDƏN XANIM MÜƏLLİMDƏN ŞOK İTTİHAM

Şərhlər

XƏBƏR LENTİ