SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Palmali”-nin yaranmasından 20 il ötür

“Palmali”-nin yaranmasından 20 il ötür

Tarix:

24-10-2018, 10:10

/ 1 655 dəfə oxundu.
“Palmali”-nin yaranmasından 20 il ötür

Bu gün “Palmali Group of Companies” şirkətinin yaranmasından 20 il ötür.

xalqxeber.az xəbər verir ki, artıq gəmi daşımaçılığında dünya brendinə çevrilən “Palmali”nin əsası 1998-ci ildə Türkiyədə qoyulub.

Mübariz Mənsimovun rəhbərlik etdiyi şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlayıb.

Lakin çox keçməyib ki, “Palmali”nin öz gəmilərini düzəltməyə başlayıb.
Şirkəti yaradanların əsas məqsədi Xəzər və Qara dənizləri regionalarında lider yükdaşıma şirkəti statusu almaq idi. “Palmali” rəhbərliyi 20 il ərzində qarşıya qoyduğu məqsədinə çatıb desək, yanılmarıq.
Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Saloniki, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri olan “Palmali”nin baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir. Sözsüz ki, bu da əbəs yerə deyil. Çünki Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir.
Qeyd edək ki, şirkətin azərbaycanlı rəhbəri Mübariz Mənsimov idarəçiliyi ilə yanaşı, həm də vətənpərvər və xeyirxah əməlləri ilə də rəğbət qazana bilib. Təsadüfi deyil ki, Mənsimovun təşəbbüsü sayəsində bu gün dünya sularında Azərbyacanın görkəmli şəxsiyyətləri, o cümlədən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan gəmilər üzür.

Şərhlər

XƏBƏR LENTİ