SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Mehdiyev çətin sınaq qarşısında... - İLGİNC MƏQAM

Səfər Mehdiyev çətin sınaq qarşısında... - İLGİNC MƏQAM

Tarix:

23-10-2018, 16:18

/ 1 827 dəfə oxundu.
Səfər Mehdiyev çətin sınaq qarşısında... - İLGİNC MƏQAM

"Dövlət Gömrük Komitəsinin rəhbərliyi hər an dəyişə bilər. Çünki hazırki sədr - Səfər Mehdiyev qarşısında qoyulan tələblərin öhdəsindən layiqincə gələ biıməyib". Bu barədə bilgili qaynaqlardan daxil olan informasiyada deyilir.

Xəbəri verən mənbə iddia edir ki, Səfər Mehdiyev əslində zamanında FHN rəhbəri Kəmaləddin Heydərovun adamı kimi parlasa da, bu gün sahibinə asi kimi çıxmış təəssüratı bağışlayır. Mənbənin söylədikıləri:

"İlk başdan elə bir qənaət formalaşdı ki, Səfər Mehdiyev məhz köhnənin qorunması üçün gömrüyə gətirilib. Lakin sonradan yeni DGK sədri xarakter nümayiş etdirməyə çalışdı. Hətta əzələsini FHN şefinin üzərində də hiss etdirməyə qalxdı. Təbii ki, Səfər Mehdiyev bu gün yeni "hünkarlarına" xidmət edir, amma dünənə qədər ona himayədarlıq edib, bu günkü günə gətirənləri var ki, nəhayətdə onlarla toqquşmalı idi".

Mənbə bildirir ki, Səfər Mehdiyevin hazırki durumu belədir: "Həm Əli aşından olub, həm də Vəli aşından..."

Bu fikirlərini izah edən qaynaq açıqlamasında bildirir ki, DGK sədri hazırda hər iki cinahla bərabər məsfədə dayanmağa çalışır: "Amma onun balanslaşdırılmış siyasəti effekt verməyəcək. Çünki artıq mövqe ifadəsi vaxtıdır. Səfər Mehdiyev konkret səngərini müəyyən və elan etməlidir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ