SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mükəmməl makiyaj üçün 10 məsləhət

Mükəmməl makiyaj üçün 10 məsləhət

Tarix:

23-10-2018, 15:53

/ 1 508 dəfə oxundu.
Mükəmməl makiyaj üçün 10 məsləhət

Makiyaj qadınların əvəzolunmazları sırasında ilk pillələrdə yer alır. Bəs, mükəmməl makiyaj etmək üçün nələr lazım olduğunu bilirsiniz?

Xarici KİV-ə istinadən sizlərə makiyajın 10 qızıl qaydasını təqdim edirik:

Tonal krem
Düzgün tonal kremi seçmək dərinizin sağlamlığı üçün əsas şərtdir. Əgər dəriniz qurudursa, tərkibində minerallar olan kremlərdən istifadə edin. Yağlı dəriniz varsa, mat kremlər sizə uyğundur. Quru cildi olan qadınlar makiyajdan əvvəl nəmləndiricilərdən istifadə etsə, daha yaxşı nəticə əldə edə bilər.

Örtücü

Örtücünü tonal kremdən sonra və üçbucaq şəklində istifadə edin. Rəngli örtücülər üzdəki rəng uyğunsuzluğunu gizlətmək üçündür. Yaşıl rəngli örtücülər qırmızı ləkələr, narıncılar isə gözaltı qaraltılar üçündür.

Kirşan

Kirşan xüsusilə yağlı dərilər üçün daha məqsədəuyğundur. Üzünüzdə ən çox hansı hissə parıldayırsa, ilk olaraq həmin hissəyə kirşan vurun. Daha yaxşı yayılması üçün makiyaj fırçalarından istifadə edin.

Bronzlaşdırıcı

Bronzlaşdırıcıdan mümkün qədər az istifadə edin. Əks halda olduğunuzdan daha yaşlı görünəcəksiniz. Bronzlaşdırıcıdan üzünüzün ən çox günəş dəyən hissələrinə vurun.

Ənlik

Ənliyi almacıq sümüklərinizin üzərinə vurun. İstifadədən sonra makiyaj fırçasıyla yayın. Bu zaman üzünüz daha təbii görünəcək.

Göz kölgəsi

Göz kölgələrindən əvvəl göz qapağınıza örtücü vurun. Belə halda makiyajınız daha qalıcı olacaq. Əgər bir neçə rəngdən istifadə edəcəksinizsə, əvvəlcə ən açıq rəngdən başlayın. Bütün rənglərdən istifadə etdikdən sonra makiyaj fırçası ilə rəngləri qarışdırın.

Sürmə

Sürmə istifadə edərkən aynaya bacardığınız qədər yaxın olun. Gözünüzün kənarına sürmə ilə nazik xətt qoyun. Ardınca isə gözün gözün iç hissəsinə tərəf xətti davam etdirin. Əgər düzgün çəkə bilməsəniz fırça vasitəsilə sürməni yayın. Bu zaman dumanlı göz makiyajı etmiş olacaqsınız.

Tuş

Tuş makiyajın əvəzolunmazıdır. Tuş istifadə edərkən birinci kirpiklərinizin dibindən başlayın. Bu halda kirpikləriniz daha dolğun olacaq.

Qaşlar

Əgər qaşlarınız nazikdirsə, qaş qələmlərindən, yaxud da göz kölgənizin içində saçınıza uyğun olan rəngdən istifadə edərək qaşınızı doldura bilərsiniz.

Dodaq boyası

Dodaq boyasını istifadə etmədən əvvəl dodağınızdakı ölü dərini təmizləyin. Ardınca dodağınızı nəmləndirin. Sonda isə dodaq boyasından istifadə edin. Belə halda həm canlı, həm də dolğun dodaqlara sahib olacaqsınız.

Şərhlər

XƏBƏR LENTİ