yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır
22-10-2018, 16:23 304 dəfə baxılıb

İtalyanlar Fərhad Əhmədovu məhkəməyə verməyə hazırlaşırlar.

Rusiya mətbuatı “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti biznesmenin villalarının tikintisi üzrə bir sıra müqavilə itirib “Forbes” jurnalının reytinqinə düşən rusiyalı oliqarx Fərhad Əhmədov və İtaliyanın məşhur “Paghera Green Service Societa Agricola S.R.L.” şirkəti tikinti məsələsində razılığa gələ bilmədiyini yazıb.

İtalyanların vəkili olan Kamandar Nəsibovun sözlərinə görə, Əhmədov daha ucuz qiymətə işçilər tutmağa qərar verib və avropalı inşaatçıları villasından ödəniş etmədən qovub. Əhmədov həmçinin onların tikinti sahəsinə girişini məhdudlaşdırıb və etiraz məktubu göndərib. Şirkət nümayəndələri “News.ru”ya bildiriblər ki, cavab addımları hazırlayırlar, başqa sözlə, prokurorluqa müraciət edib oliqarxı məhkəməyə verməyə hazırlaşırlar.

“Paghera” şirkəti İtaliyanın Verona şəhərində beşulduzlu “Byblos” hotelinin landşaftı ilə məşğul olub, Türkiyədə “Rixos” hotel kompleksinin ərazisində uyğunlaşdırma işləri aparıb, Toskanada “L’Andana” beşulduzlu hotelinin bağını layihələşdirib, Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin iqamətgahında, eləcə də İtaliyanın keçmiş baş nazir Silvio Berluskoninin malikanəsində və rusiyalı oliqarx Roman Abramoviçin iqamətgahında işlər görüb. Məşhur romalı hip-hop ifaçısı Fedez sosial şəbəkələrdə “Paghera”nı reklam edib. Amma Xəzər dənizi sahilindəki lüks malikanənin sahibi italyan dizaynerlərin işlərini diletantlıq hesab edib və onları inşaat sahəsindən qovub. İnşaatçılar isə hesab edirlər ki, oliqarx sadəcə, qənaət etmək istəyib: işin ən çətin mərhələsində onların xidmətindən yararlanıb və yalnız başlanılanı sona çatdırmaq lazım olan yekun mərhələdə ucuz işçilər tapıb, xarici şirkətə ödəniş həyata keçirməkdən isə imtina edib. Bundan əlavə, villa ərazisində şirkətin bahalı texnikası qalıb.

Əhmədovla və İtaliya şirkətinin son müqaviləsi 5 milyon 370 min 364 avroluq idi. Müqaviləyə əsasən, oliqarx bu məbləğin 30%-ni əvvəlcədən beh kimi, 30%-ni malın İtaliyada yüklənməsindən sonra, 30%-ni materialların gətirilməsindən sonra, 10%-ni isə işlərin başa çatmasından sonra ödəməli idi. “Paghera” şirkətinin nümayəndəsi “News.ru”ya bildirib ki, iş adamı bu şərtləri yerinə yetirməyib. “Onlar ilk müqavilə üzrə 90% ödəniş ediblər, ikinci müqavilə üzrə isə 60%. Nəticədə ilk müqavilədən 10%, ikincidən isə 40% qalıb. Ümumilikdə təxminən üç milyona yaxın vəsait alınır”, – şirkət nümayəndəsi deyib.

“News.ru” dəfələrlə Əhmədovdan və ya vəkillərindən şərh almağa çalışıb, lakin redaksiya bunu bacara bilməyib.

open.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

10-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ