SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Həsənovdan vacib dəyişiklik – Yüksək vəzifə verdiyi polkovniki "vurdu"

Zakir Həsənovdan vacib dəyişiklik – Yüksək vəzifə verdiyi polkovniki "vurdu"

Tarix:

6-03-2017, 09:19

/ 4 312 dəfə oxundu.
Zakir Həsənovdan vacib dəyişiklik – Yüksək vəzifə verdiyi polkovniki "vurdu"

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov kadr dəyişikliyi edib.
Nazirin əmri ilə MN Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, polkovnik Hikmət Xalıqov vəzifəsindən azad edilib. Məlumata görə, polkovnik yaş senzi ilə əlaqədar vəzifəsini itirib.

H.Xalıqov bu vəzifəsindən əvvəl Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində, HHQ qərargah rəisi vəzifəsində çalışıb. Sonra keçmiş nazir Səfər Əbiyev onu cəzalandıraraq, mayor rütbəsinə uyğun vəzifəyə təyin edib.

Zakir Həsənovun nazir təyinatı ilə isə Xalıqovun yüksəlişi başlayıb. O, 2013-cü ildə Təşkilat-Səfərbərlik İdarəsinə müavin təyin olub. Bir neçə gün sonra isə qardaşı, polkovnik Tahir Xalıqov katibliyin rəisi vəzifəsinə gətirilib.

2014-cü ildə isə müavin postundan rəis postuna yüksəlib, yəni məşhur general-leytenant Yaşar Aydəmirovu əvəzləyib. Bir neçə ay sonra isə nazirdən daha bir mükafatlandırma gəlib. Prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Nazirliyin Mətbuat Xidmətindən xəbəri təsdiqləməyiblər: "Bizdə bu barədə məlumat yoxur"

bakipost.az

Şərhlər

XƏBƏR LENTİ