XalqXəbər.Az

Qaraşovun oğlu 4 gün əvvəl təqdim olunan maşını Bakıya gətirdi - FOTO

yüklənir...
Qaraşovun oğlu 4 gün əvvəl təqdim olunan maşını Bakıya gətirdi - FOTO
18-10-2018, 00:36
yüklənir...

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirib.

A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı “Audi”nin “Q” seriyasından ən son model olan “Audi Q8” avtomobili ilə paytaxt küçələrində şütüyən F.Qaraşov yenidən gündəmə gəlib. 32 yaşlı sabiq məmur oğlu Bakıda yeni təqdim olunan lüks avtomobilə sahib olması ilə tarixə düşüb. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün bundan öncə Audi Q8-in Bakıda təqdimatı baş tutub. Q8 modeli, 340 at gücündə 3.0 L mühərrik ilə təchiz olunur. Ötürmə – daimi tam çəkimli quattrodur. Avtomobil 0-100 km/saat sürətə 6 saniyəyə çatır və maksimum sürət 232 km/saatdır. 4,99 metr uzunluğunda, 2 metr yüksəklikdə və 1,71 metr axın aralığına malik 3 metrə qədər olan avtomobil, Q7-dən daha qısa və aşağı bir dizayna malikdir, lakin həm də daha geniş dizayn və qabağ tamponda qəbul edilmiş qərarlar vasitənin daha böyük olduğunu göstərir. Yeni Audi Q8 avtomobilinin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır.

Xatırladaq ki, F.Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.

Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hədisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. . Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.
Qaraşovun oğlu 4 gün əvvəl təqdim olunan maşını Bakıya gətirdi - FOTO
Qaraşovun oğlu 4 gün əvvəl təqdim olunan maşını Bakıya gətirdi - FOTO

yüklənir...
GÜNDƏM
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.Bütün hüquqlar qorunur