SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azər Süleymanov “Karusel”dən keçib, baytarlığa yenə rəislik edir: heyrətamiz faktlar, siyahı...

Azər Süleymanov “Karusel”dən keçib, baytarlığa yenə rəislik edir: heyrətamiz faktlar, siyahı...

Tarix:

16-10-2018, 18:35

/ 1 810 dəfə oxundu.
Azər Süleymanov “Karusel”dən keçib, baytarlığa yenə rəislik edir: heyrətamiz faktlar, siyahı...

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətində (DBX) rəis müavini vəzifəsini daşıyan Azər Süleymanovun bu posta qaytarılması təsadüfi olmayıb

Cahan.info-nun verdiyi xəbərə görə, A.Süleymanov DBX rəisi vəzifəsindən çıxarıldıqdan sonra onun bu sistemdə bir daha işləməyəcəyi gözlənilirdi. Onun başdan-ayağa bu qurumu rüşvətə bulaşdırması bir dərs olmalıydı ki, vəzifə verilməsin.

Amma nazir İnam Kərimova çıxışı olan yüksək ranqlı məmurlar A.Süleymanovun xahişini ediblər və gənc KTN rəhbəri məcburiyyətdən onu bu Xidmətdə rəis müavini təyin etməli olub.

A.Süleymanov isə yaxın çevrəsində şaiyələr yayır ki, bu vəzifəyə sahiblənmək üçün Göygəldəki “Karusel” istirahət mərkəzindən keçməli olub.

İddialara görə, A.Süleymanov vəzifəsiz qalmadığını kimlərəsə göstərmək naminə biznesini investisiya kimi ortalığa qoyub.

Bu istirahət mərkəzini təhvil verib-vermədiyi bilinməsə də, ətrafında belə məlumatlar dolaşmaqdadır. Amma A.Süleymanovun imkanları o qədər genişdir ki, “Karusel” əlindən çıxarsa belə, biznesi kasadlaşmayacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində aparılan yoxlamalar çox ilginc bir faktın aşkarlanması ilə nəticələnib. Məlum olub ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi "damazlıq” adı ilə rəsmiləşdirilib.

Məlumatı verən mənbənin dediyinə görə, mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı yoxlayır: "Onlar mal-qaranın həqiqətən damazlıq olub-olmadığına dair sənəd verirlər. Son illərdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət əməkdaşlarına verilən rüşvət müqabilində damazlıq adı ilə rəsmiləşdirilib”.

Mənbənin dediyinə görə, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: "Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır”.

A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb.

Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər.

Halbuki qiymət bundan xeyli ucuzdur. Amma A.Süleymanov bu işi rəis müavini vəzifəsində davam etdirməkdədir. Hətta iddialar belədir ki, yeni rəis bu postda marionetka kimi saxlanır, əsas fiqur yenə A.Süleymanovdur.

Cahan.info miq.az-a istinadla xəbər verir ki, Azər Süleymanovun başı korrupsiya qarışdığı üçün xaricdən büdcə vəsaitinin talan edilməsi hesabına brusellyoz, vərəm, xlamidiozla xəstə heyvanlar alıb gətirilməsində əsas rol oynadı.

İnsanları xəstəliklərə, xüsusən sonsuzluq xəstəliyinə düçar olmasına şərait yaratdı. Xlamidiozla xəstələnən qadınlarımız sonsuzluqla üzbəüz qalıblar. Gündən–günə gözəlləşən Azərbaycanımz iri heyvan kəsim məntəqəsinə çevrilib.

Həmin "dəmir əlin” də balası, nəvəsi Azər müəllimin yetişdirdiyi, saxta vaksin, yararlıq müddəti keçmiş yararsız antibiotik vurduğu heyvanın ətindən qidalanır.Hə qədər olar azərkimilər himayə edilir.

Azər müəllim vəzifəyə gələn kimi bütün peşəkar baytar həkimləri müxtəlif böhtanlarla küçələrə atıldı və onların əvəzində qeyri-peşəkar insanlar dövlət qulluğuna imtahan vermədən Dövlət Xidmətinə gətirildi. Aqrar sahədə fundemental təhsil görmüş insanın müasir çağrışlara cavab verən mütəxəssis kimi formalaşması üçün yüksək səviyyədə nəzəri biliyə və praktiki təcrübəyə sahib mütəxəssislərin əhatəsində 10-15 il vaxt lazımdır.

Heydər Əsədov və Azər Süleymanovun dəyərsizləşdirib işdən çıxardıqları o insanların hər biri aqrar sahədə fəaliyyət göstərən böyük bir məktəb idi.

A. Süleymanov yaxınlarına özünü döğulduğu və "Karusel” İstirahət Mərkəzinin, balıqçılıq təsərrüfatının olduğu Göygöl rayonunda "Baytarlıq Naziri” kimi qələmə verilməsini tapşırmışdı.

KİV-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən korrupsiya, küçələri antisanitar vəziyyət yaradan qanunsuz malqara kəsimindən pullu xidmət adı ilə pul toplanması, sahibkarların qeyri-qanuni incidilməsi və s. faktlar barəsində silsilə yazılar dərc edildi.

Deyək ki, yazının biri, ikisi qərəzlidir, onda silsilə yazılara nə sözünüz. Qanunvericilikdə KİV –də gedən böhtan xarakterli yazıları işıqlandıranların da məsuliyyəti müəyyən olub. Heç bir sayt rəhbərinin Azər və onun kimiləri ilə şəxsi ədavəti yoxdur. Sadəcə, mediya öhdəsinə düşən vəzifəni yerinə yetirir.

Onu da bilirmisiniz ki, I qrup əlil adamın daima rayonlarda, kəndlərdə olması tələb edilən vəzifə tutması qanun pozuntusudur. Ona görə də Azər bəy kabinetindən çıxıb xəstəliklərdən mal-qarası tələf olan fermerlərin, kəndlilərin harayına getmədi. Vaxtını dövlətin büdcə vəsaiti hesabına özünə dəbdəbəli kabinet düzəltməyə, "NİSSAN”I bəyənməyərək, "TOYOTA”da gəzməyə, habelə villa və mənzillər almaqla başa vurdu.

"Əl”-ə məlumdurmu ki, A. Süleymanovun büdcədən mənimsədiyi və korrupsiya yolu ilə əldə etdiyi milyonlarların hesabına Bakı şəhəri S. S. Axundov küçəsi, 7C ünvanında "İsmayıloğlu” MTK-nın inşa etdiyi çoxmənzilli binanın II Ala qapı, 6-cı mətəbəsində iki mənzil almış, Mehdiabadda villasını tikdirib başa çatdırmışdır. Hətta A. Süleymanov büdcədən dəfdərxana ləvazimatlarına ayrilmış vəsaitə də tamah salaraq mənimsədi.

Belə fəaliyyət dosyesi olan insanı yenidən rəhbər vəzifəyə qaytarılaraq, onun getməsini toy-bayramla qarşılayan mütəxəssislərə yenidən rəbərlik etməsi, ən azı Kənd Təsərrüfatı sisteminə, həmşinin baytar mütəxəssislərinə hörmətsizlik hesab edirik.

Hələ də Süleymanovun tələbə yoldaşı Respublika Baytarlıq Laboratoriyasında şöbə müdiri, təqaüdçü Mübariz Nəbiyev, şöbə müdiri Əhəd Əliyev, Dövlət Xidmətində qanunsuz müqavilə ilə dövlət qulluğu komissiyasından keçmədən sektor müdiri təyin etdiyi "qara kassiri” Aydın Hüseynov, kadrların təyinatından pulyığanı Tahir Abdullayev, tələbə yoldaşı Göygöl rayon Baytarlıq İdarəsinin rəisi Oktay Həmidov, Göygöl rayon Baytarlıq İdarəsinin rəisinin müavini Arzu, tələbə yoldaşı Şirvan Rayonu Baytarlıq İdarəsinin rəisi Oqtay Xəlilov Azər himayəsində bulanırlar. Onlar Azər müəllim vəzifəsindən qovulduqdan sonra külli ixtiar əllərindən çıxacağına görə bərk təşvişdədir.

Görəsən bunlar bəs etmirmi ki, Azər Süleymanovun fəaliyyəti araşdırılıb, istintaqa cəlb edilsin, yoxsa ki, rəislikdən qovulub, müavin kürsüsündə otuzdurulsun.

Ona görə də bu gün Azər süleymanovun Göygöl rayonunda biznesini idarə edən qardaşı yeni rəis təyin edilmiş Bayandur Rzayevin heç bir səlahiyyət sahibi olmadığını, bütün işlərin yenə də qardaşı Azər tərəfindən görüldüyünü və nazir İnam Kərimovun yalnız Azərlə "hesablaşdığını” bildirir. İndi son söz İnam müəllimdədir... Əgər "Dəmir ƏL” "icazə” versə.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya, tender maxinasiyaları adi hal alıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə “MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu “sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu.

Dövlət büdcəsi hesabına “MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi.

Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur.

Əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində dabağın А / IRN / 2005, А / TUR / 2006, А / TUR / 2011, А / TUR / 2 014 ştammın serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və (A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə edilib.

Şərhlər

XƏBƏR LENTİ