yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi - səhhətində ciddi problemlər yaranıb

Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi - səhhətində ciddi problemlər yaranıb
15-10-2018, 17:04 275 dəfə baxılıb

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov xəstəxanaya yerləşdirilib.

Open.az-ın əldə etdiyi məlumata görə, sabiq məmurun səhhətində ciddi problemlər yaranıb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda Q. Şükürov istintaqın nəzarəti altında müalicə alır. Lakin onun barəsində hələlik məhkəmə tərəfindən heç bir qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı fakt üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorun təqdimatı əsasında “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub.

Daha sonra Q.Şükürova Cinayət Məcəlləsinin 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ