SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zamirə-Cahangir işi Eldar Mahmudovu gündəmə gətirir: 35 milyonluq talan...

Zamirə-Cahangir işi Eldar Mahmudovu gündəmə gətirir: 35 milyonluq talan...

Tarix:

14-10-2018, 23:25

/ 1 541 dəfə oxundu.
Zamirə-Cahangir işi Eldar Mahmudovu gündəmə gətirir: 35 milyonluq talan...

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Böyük Britaniyada yerləşən “Harrods” mağazasında 10 ildə 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu barədə BBC məlumat yayıb. Saytın yazdığına görə, o, ödənişləri ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Bu pulların ölkədən çıxarılmasında Hacıyevlərlə quda olan sabiq MTN şefi Eldar Mahmudovun da xüsusi rolunun olduğu bildirilir.

Xanım Hacıyevanın bu qədər məbləğı nələr aldığı da açıqlanıb. Keçmiş banki arvadı lüks zinət, ətir və saat markası olan Boucheron-da bir gün ərzində 150.000 funt (197290.50 dollar) xərcləyib.

Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib. Başqa bir gün o, Cartier zinət əşyalarına 100.000 (131527.00 dollar) və lüks kişi geyimlərinə 20.000 funt (26305.40 dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Xəbərə görə, C.Hacıyevə yeni ittiham bankın Moskva filialındakı yeyintilərlə bağlıdır. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. C.Hacıyevin vəkili Aqil Layıcov hələ bir müddət əvvəl mediaya açıqlamasında məsələyə belə münasibət bildirib:

“İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?”

Yeni məhkəmə hazırlığı C.Hacıyev üçün çox pis bir vaxta təsadüf edir. Neçə gündür ki, təkcə Azərbaycanda deyil, Rusiya və Britaniya mətbuatında onun xanımının dəbdəbəli həyatından heyrətamiz məqalələr yazılır. Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyunlandan sonra onun dəbdəbəli həyatı müzakirə mövzusudur.

Rusiyanın newsru.com saytı ingilisdilli nəşrlərə istinadən yazır ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, o cümlədən ərinin bankının buraxdığı 35 “American Express”, “Mastercard” və “Visa” kartları ilə 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə “Harrods” univermağında xərclənib, Zamirə bu univermağın daimi müştərisi olub.

Mediada Hacıyev-Mahmudov cütlüyünün ölkədən 6 milyard çıxardığı haqda xəbərlər var. Eldar Mahmudov böyük maliyyə xəyanətlərinə bulaşıb. Onun vəzifəsindən yumşaq desək, yola salınması qudası Cahangir Hacıyevin vəziyyətini çətinləşdirdi.

Üzə çıxdı ki, uzun illər Azərbaycanın ən böyük bankına rəhbərlik edən Cahangir Hacıyev ölkədən 6 milyarda yaxın pul çıxarıb. Cahangir Hacıyev həbsə alındı, hazırda ölkənin ən şəraitsiz cəzaçəkmə müəssisəsində gün keçirir.

“MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da əli “qara pul”lara bulaşıb. Onun ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.

Bu faktlar Böyük Britaniya hökumətinin korrupsiya ilə mübarizə çərçivəsində ortaya çıxıb. Ali Məhkəmə araşdırmaların mərkəzinə düşən Z. Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıb.

Rutgers Universitetinin professoru, iqtisadçı – alim Qubad İbadoğlu yazıb ki, qlamurlaşmış Azərbaycan məmurları və ya Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub. Məmur xanımının orta hesabla 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır.

Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub.

Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım.

Yeri gəlmişkən belə yazıların bəzilərinin (CNN, BBC, The Telegraph, The Sun) linklərini şərh bölməsində paylaşıram, maraqlananlar oxuya bilərlər.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ