SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkədə başıpozuq tendensiya: cinsi azlıqlar pasportunu necə dəyişir? – Detallar...

Ölkədə başıpozuq tendensiya: cinsi azlıqlar pasportunu necə dəyişir? – Detallar...

Tarix:

14-10-2018, 23:24

/ 2 902 dəfə oxundu.
Ölkədə başıpozuq tendensiya: cinsi azlıqlar pasportunu necə dəyişir? – Detallar...

Azərbaycanda cinsini dəyişənlər artıq ad-soyadını da dəyişirlər

Onların sayı bilinməsə də, belə faktlar az deyil. Cinsiyyətini dəyişənlərdən biri də Nihal Əliyevadır.

Nihal Əliyeva modern.az-a deyib ki, cinsini dəyişdirmək üçün əməliyyatı Türkiyədə etdirib.Onun sözlərinə görə, Azərbaycana qayıdıb ad-soyadımı dəyişməklə bağlı müraciət etdikdə, birbaşa cavab verməyiblər.

“Amma ən yaxın dostlarım olan Günay, Nuray cinsiyyətlərini dəyişəndən sonra çox rahat şəkildə ad-soyadlarını da dəyişiblər.

Bilirsiniz, Türkiyədə xəstəxananın bizə verdiyi kağız var. O kağız bunun üçündür ki, şəxs rəsmi şəkildə psixoloqlardan keçərək, cinsdəyişdirmə əməliyyatında olub.

Biz həmin kağızı Azərbaycana gətirib öncə notariusa təqdim edirik. Notarius da Azərbaycan dilində sənədin keçərli olduğunu təsdiq edir. Sonra həmin sənədi götürüb aid olduğun bölgəyə üz tutursan. Hamının ata-anasının nikah bağladığı rəsmi yer var.

Cinsiyyətini dəyişən şəxslər doğum haqqında şəhadətnaməni dəyişmək üçün həmin idarəyə baş vurur”- Nihal Əliyeva bildirir. Onun sözlərinə görə, cinsiyyətini dəyişən şəxsin ilk işi doğum haqqında şəhadətnaməni yeniləmək olur.

Ədliyyə Nazirliyindən bildirilib ki, qanunvericilikdə cinsiyyətin dəyişdirilməsi ilə bağlı nə qadağanedici, nə də tənzimləyici norma var.

Tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev qeyd edib ki, pasiyentləri arasında cinsiyyətini dəyişmək istəyənlər olur. Həkim bunun səbəblərindən də söz açıb.

“Təbii bunun müxtəlif səbəbləri var. Psixoloji faktorlar da var. Eyni zamanda hormonol dəyişikliklərin gətirdiyi cinsiyyətindən imtina da ola bilər.

Hətta, ailə tərbiyəsinin də burada rolu var. Ola bilsin ki, hansısa şəxs uşaq vaxtı hər hansı cinsi təcvüzə məruz qalıb. O da sonda cinsiyyətini dəyişməsinə gətirib çıxarır.

Azərbayanda cinsiyyətini dəyişmə halları olur. Amma bu çox azdır. Kütləvi deyil. Cinsiyyətini dəyişməyə meyllilik psixoloji durumla bağlıdır”.

Cahan.info xəbər verir ki, cinsi əməliyyat keçirən ilk kişi britaniyalı Corc Cemison olub və əlbəttə ki onun bu addımı mətbuatda böyük səs-küy doğurub. İndi onun 80-a yaxın yaşı var, adı isə Miss Eypril Eşlindir.

O aktrisa və eyni zamanda transseksualların hüquqları üzrə mübarizə təşkilatının üzvüdür.Qonşu Türkiyədə sənətçilər Bülənt Ərsoy və Zəki Müren də cinsini dəyişən məşhurlardandır.

Təkcə Azərbaycanda yox, bütün dünyada cinsiyyət orqanını dəyişənlərin daha çox kişilər olduğu deyilir. Son zamanlar bununla bağlı həkimə müraciət edənlərin sayının artdığı söylənilir. Müraciət edənlərdən isə daha çox kişilər qadın olmaq arzusundadır. Mütəxəssislər bildirirlər ki, qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına.

Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və birmərhələli olaraq həyata keçirilir.

Dünya miqyasından baxsaq, cinsini dəyişənlərin regionları arasında Avropa və ABŞ əsas yeri tutur. Avropada bu cür hal normal qarşılanır, hətta Polşa parlamentində cinsini dəyişən deputat da var.

Digər maraqlı bir fakt: İslam ölkəsi İran cinsiyyət orqanını dəyişdirməyin ən ucuz olduğu ölkəymiş. Burada qiymətlər çox ucuzdur: “Qadın”ı (hemofradit şəxs, yaxud şəriətdəki ifadəylə – “xonsa”) kişiyə çevirmək 8 min, “kişi”ni qadına çevirmək isə 6 min dollardır.

İran dünyada cinsiyyət orqanını dəyişənlərin siyahısında birinci yerdədir. İranın “Sazmane-Behzistiye-Keşvər” (“Firavan və Xoşbəxt Həyat”) təşkilatının statistikasına görə, ötən il İranda 147 nəfər öz cinsiyyətini dəyişib, 300 nəfər isə hazırda cinsiyyətini dəyişmək üçün növbə tutub.

Seksopatoloq Həsən Səmədov hər bir insan doğulduğu vaxtdan ölümünə qədər sosial-psixoloji faktorların təsirinə məruz qaldığını deyir. Onun sözlərinə görə, bəzi hallarda insanın embrional dövrdə bioproseslərin pozulması, ya da xromosonm xəstəlikləri onun cins olaraq düzgün formalaşmamasına gətirib çıxarır.

“Homoseksualizm və transseksualizmdə psixoloji cinsin pozulması gedir ki, bu da fiziki olaraq insanın qadın və ya kişi kimi görünməsinə baxmayaraq, psixoloji cins olaraq özünü yad hiss edir, öz anatomik cinsinə yad baxır və özünün o cinsdən olmasına inanmır.

Transeksuallıq şəxsiyyətin psixi deformasiyasıdır. Əsrimizin əvvəlində Ziqmund Freyd bu tip pozulmaların kökünün 2 yaşında və ya daha uşaq yaşlarında qoyulduğunu irəli sürüb.

Şərhlər

XƏBƏR LENTİ