SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dosent necə prorektor olub?

Dosent necə prorektor olub?

Tarix:

4-03-2017, 22:56

/ 2 286 dəfə oxundu.
Dosent necə prorektor olub?

Mədəniyyət və Turizm Nazirliyinin keçmiş mədəniyyət şöbəsinin müdiri Fərəh Əliyevanın Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilməsi nə qədər gözlənilməz olsa da, bacısı Lalə Hüseynovanın Azərbaycan Milli Konservatoriyasına elmi işlər üzrə prorektor təyinatı cəmiyyətdə ondan da böyük şok effekti yaratdı

Əvvəla, bu bacıların atası professor Şirməmməd Hüseynov Azərbaycanda Ayaz Mütəllibovun adamı kimi tanınır onun ulu öndər Heydər Əliyevə müxalif olduğunu Azərbaycanda bilməyən yoxdur.

Hətta bu azmış kimi, ANS-in efirində “Heydər Əliyev Azərbaycanın banisi deyil...” deməsi onun hələ də öz düşüncələrində qalmasına sübutdur.

Bu barədə adının çəkilməsini istəməyən mədəniyyət işçisi bildirib. Onun sözlərinə görə, Fərəh Əliyevaya Mədəniyyət və İncəsənət Universitetinə gəlməzdən əvvəl mətbuatdakı yaxınlarının və “jurnalistlərin” əli ilə ADMİU-nun keçmiş rəhbərlərinə qarşı artıq psxioloji təzyiqlərə başlamışdı: “Bu işdə isə özünü Həsən bəy Zərdabinin nəslindən elan edən, əslində isə mətbuatımızın təsisçisi ilə heç bir qan qohumluğu olmayan Rəbiyyə Zərdabi ona yardım edirdi. Fərəh Əliyevanın rektor təyinatından sonra ADMİU-da demək olar ki, heç nə yaxşılığa doğru dəyişmədi. Əksinə, hətta bu universitetin tələbələrindən biri özünü dərs zamanı 4-cü mərtəbədən atdı. İndi də söhbət gəzir ki, Bakı Musiqi Akademiyası və Rəssamlıq Akademiyası Mədəniyyət və İncəsənət Universiteti ilə birləşdiriləcək və yeni yaradilacaq İncəsənət Akademiyasına rektor Fərəh Əliyeva təyin ediləcək”.

Həmsöhbətimizin bizə verdiyi daha ilginc məlumat isə Lalə Hüseynova ilə bağlıdır: “Lalə Hüseynova uzun illər Azərbaycan Bəstəkarlar İttifaqında çalışıb. Və orda işlədiyi dövrdə Azərbaycan Bəstəkarlar İttifaqı mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Lakin onun müdafiəsi çox çətinliklə baş tutub. Çünki Ali attestasiya komissiyası onun elmi-işini plagiat hesab etdiyi üçün təsdiq eləməkdən bir neçə dəfə vaz keçib. Bacısının köməyi ilə sonradan elmi işini təsdiq etdirməyi bacaran L.Hüseynova az sonra dosent olduğu halda Milli Konservatoriyaya özü də elmi işlər üzrə prorektor təyin edilib. Bu təyinat Azərbaycan Respublikası “Təhsil haqqında” qanununa ziddir, çünki orda aşkar göstərilir ki, prorektor professor elmi adını almış şəxs olmalıdır”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tərəfdar

Şərhlər

XƏBƏR LENTİ