SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Onu da araşdırırlar? - İlqar Abbasovun qanunsuz tikililərə görə başı dərddə

Onu da araşdırırlar? - İlqar Abbasovun qanunsuz tikililərə görə başı dərddə

Tarix:

12-10-2018, 15:12

/ 1 460 dəfə oxundu.
Onu da araşdırırlar? - İlqar Abbasovun qanunsuz tikililərə görə başı dərddə

Bakının ən xaotik tikinti işləri aparılan rayonlarından biri də Suraxanıdır desək, bəlkə də yanılmarıq. Suraxanı rayonunda magistral dəmiryol, elektrik enerjisi, magistral qaz kəmərlərinin mühafizə zolaqlarında qanunsuz tikintilər aparılıb. Bu günə kimi icra başçısı olduğu müddətdə icra başçısı İlqar Abbasov və yaxın ətrafı vasitəsilə milyonlara sahiblənib. İcra başçısı yerli bələdiyyələrdəki və icra strukturlarındakı adamlarının işbirliyi nəticəsində hətta parkların ərazilərini obyekt kimi satıb. Məlumat verən mənbə bildirir ki, qanunsuz tikililərlə bağlı olaraq dövlət başçısının son xəbərdarlığı Suraxanı rayonu ilə bağlı araşdırmaları sürətləndirib.

Məlumata əsasən Suraxanı rayon tikinti və memarlıq idarəsində yoxlamalar aparılıb. Araşdırmaların nəticəsi olaraq qanunsuz tikintilərlə bağlı icra başçısı İlqar Abbasovun prossesdə iştirak edib-etmədiyi araşdırılır. Müvafiq olaraq qanunvericiliyə əsasən İlqar Abbasov tikintilərlə bağlı sərəncam verməsə belə, onun razılıq və ya qadağa qoymaq kimi razilaşdırma metodlarından Suraxanıda hər kəsin xəbəri var. Mənbəmiz iddia edir ki, hər həftənin cümə axşamı günlərində Suraxanı İcra Hakimiyyətində tikinti işlərinə dair sənədlərlə "tanışlıq" məqsədilə qapalı iclas keçirilir. Bu iclaslarda isə birbaşa olaraq İlqar Abbasovun razılığı ilə tikintilər razılaşdırlır.

Məlumatlara görə, icra başçısının bu prossesdə iştirak edən yaxın adamları vasitəsilə "razılaşdırma" prossesi baş tutur. Araşdırmalarımız davaç edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Şərhlər

XƏBƏR LENTİ