SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İnternetdən istifadəyə görə 34-cü yerdəyik - Nazir

İnternetdən istifadəyə görə 34-cü yerdəyik - Nazir

Tarix:

10-10-2018, 12:40

/ 1 131 dəfə oxundu.
İnternetdən istifadəyə görə 34-cü yerdəyik - Nazir

Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir: Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir

Bu fikirləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib ki, Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib.
İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzin yaradılmasını zəruri edib. Sevindirici haldır ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub".
Ölkəmizdə “Açıq Hökumət Məlumatları”nın geniş tətbiqinə başlanılıb və Açıq Hökumət Məlumatları Portalı yaradılıb: "Hesabat dövründə portalda olan açıq məlumatların sayı 655-ə çatdırılıb. Elektron mühitin inkişafında önəmli rolu olan elektron imzadan istifadənin genişlənməsi ilə yanaşı, imzaların dövlətlərarası qarşılıqlı tanınması istiqamətində işlər aparılır".

Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb: "Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və Azərpoçt tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçt daşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir".

2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 Saziş və Memorandum imzalanıb: "Beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Ümumilikdə nəqliyyat sektoru üzrə artım tempi ötən 9 ay ərzində 1,3 faiz olub".

Aviasiya təhlükəsizliyi üzrə qəbul edilmiş Dövlət Proqramının icrası uğurla həyata keçirilir: "Azərbaycan uçuşların təhlükəsizliyi üzrə ən yüksək 1-ci kateqoriya statusunu bu il yenidən saxlayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı bu il 5 ulduz statusu ilə dünyanın ən möhtəşəm hava limanları siyahısına daxil edilib".

Şərhlər

XƏBƏR LENTİ