yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

ATV-nin “zərif qəhrəmanı” dələduz çıxdı?- Şok iddialar

ATV-nin “zərif qəhrəmanı” dələduz çıxdı?- Şok iddialar
9-10-2018, 15:33 411 dəfə baxılıb

Bakıda bir qrup şəxs Səfərova Fəxrəndə Mahir qızı tərəfindən aldadığını iddia edir. Gundeminfo.az yazır ki, bu barədə Axar.az-a məlumat verən şikayətçilər sözügedən şəxsin onlardan yatırım üçün pul aldığını və geri qaytarmadığını deyirlər.

Məlumata görə, İnstaqram üzərindən kosmetik məhsullar satan Səfərova Fəxrəndə daha çox məhsul almaq üçün, bir növ, şərik kimi yatırım etmək istəyən şəxslərdən pul götürüb. Əvəzində isə hər ay onlara məbləğə uyğun pul ödəyəcəyini, sonda isə ilk aldığı məbləği olduğu kimi qaytaracağını bildirib. Bunun qarşılığında xeyli adam ona pul verib.

Şikayətçi Sevda İsmayılzadənin sözlərinə görə, əvvəllər İnstaqram üzərindən kosmetika satan bu şəxs daha sonra mağaza açıb. Onun da inanıb pulunu verməsinə səbəb əvvəl pul verənlərin normal gəlir götürüb, həmin paylaşımın altında razılıq bildirmələri olub:

“Bir paylaşımını rəfiqəm İnstaqramda görüb mənə dedi ki, belə bir qız var, deyir, mən mağazaya daha çox məhsul almaq istəyirəm, amma pulum yoxdur, siz 1000-2000 və s. yatırım edin, hər ay qazandığım gəlirdən, satdığım mallardan 1000 AZN qarşılığında 200-300, 2000 AZN qarşılığında 400-500 sizə də xeyir verəcəm. Yəni mağazaya şərik kimi pul qoyub mal almaq adı ilə ona yatırım etmişik”.

Sevda xanım bu paylaşıma inanıb, 2000 manat pul ödəyib və razılaşıb ki, 3 ay sonra pulu tam geri götürəcək:

“Mən iyunda 3 ay müddətinə 2000 manat verdim. Demişdi ki, hər ay mənə 600 manat verəcək. Notariusda borc müqaviləsi bağladı ki, filankəsdən bu qədər almışam, qaytaracam. Amma müqavilədə hər ay nə qədər qaytaracağı yazılmadı. O, müqaviləni həmişə bu şəkildə bağlayır.

İyulda zülmlə 600 manat ala bildim. Sonra gördüm İnstaqramda hamı bundan şikayət yazır. Başa düşdüm ki, verməyəcək. Dedim, yaxşı, eybi yox, elə bil ki, mən sənə bacı kimi borc vermişəm, çıx 2000 manatdan həmin 600-ü, 1400-ü qaytar. Amma pulumu vermədi”.
ATV-nin “zərif qəhrəmanı” dələduz çıxdı?-
Məlumata görə, Səfərova Fəxrəndə ilə bağlı rəy yazan şikayətçilər bir araya gəlib danışıblar. Bəlli olub ki, bu xanım bir neçə nəfərin nəinki aylıq, hətta öz pulunu belə qaytarmır.

O, daha əvvəl qoşulanlara doğurdan da xeyir verib, amma son 1 ildə “şərik”lərinə pul verməyib. Köhnə “şəriklər” onu tələsdirdiyi üçün “təzələr”dən alıb onlara verib.

Şikayətçilər bildirib ki, polisə müraciət etsələr də, heç bir faydası olmayıb:

“Biz öz pulumuzu istəyirik, onun xeyiri bizə lazım deyil. Polisə də müraciət edənlərimiz olub, lakin hələ ki, onlardan da səs yoxdur”.

Şikayətçi E.Bağırov isə sözügedən qadının bəhanələrlə vaxtı uzatdığını və pulu qaytarmadığını deyir:

“İyulun 7-də 6000 manatı (3550 dollar) ona dollar şəklində vermişəm. Mənə yazdı ki, 15 günə, ən geci 22-sinə kimi 10 mini sənə bütöv formada qaytaracam. Əgər şərikliyi davam etmək istəsən, yenidən pul əlavə edib davam edə bilərsən. 22-si ona zəng vurdum, dedi, sən kimsən? Elə deyəndə təəccübləndim, dedim filankəsəm, filan yerdə qalıram, saat 8-də gəlib məndən 6000-i götürdün. Yadına düşdü, dedi, mənə 2 gün vaxt ver. 2 gün sonra belə bir təklif etdi ki, gəl sənə 2000 verim, qalan pulu, yəni 8000-i 4 gün gec olmaq şərtilə verəcəm. Amma yoxa çıxdı, o gedən getdi”.

Adlarının çəkilməsini istəməyən digər şikayətçilər Səfərova Fəxrəndənin onlardan 2, 4, hətta 8 min manat aldığını, lakin pulun çox az hissəsini qaytardığını deyiblər. Onlar bununla bağlı əllərində dəlillərin, rəsmi müqavilələrin olduğunu bildiriblər.

Şikayətçilərin dediyinə görə, xanımı polisə verəcəklərini deyəndə onlara hədə-qorxu gəlir:

“Səhifəsində sürücülük vəsiqəsi, maşın şəkli paylaşmışdı, sonra hamısını sildi. Onları camaatın pulu ilə alıb, indi də gizlədir. Polisə verəcəyimizi deyəndə də hədə-qorxu gəlir. Hazırda polisdə ərizələrimiz var”.

Qeyd edək ki, fırıldaqçılıqda ittiham olunan Səfərova Fəxrəndə Mahir qızı bir müddət əvvəl ATV-də yayımlanan “Zərif qəhrəman” verilişində zəhmətkeş bir şəxs, sahibkar xanım, örnək biri kimi təqdim olunub.

Fəxrəndə xanımla əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab vermədi. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
ATV-nin “zərif qəhrəmanı” dələduz çıxdı?- Şok iddialar
ATV-nin “zərif qəhrəmanı” dələduz çıxdı?- Şok iddialar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ