SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Suriyadan qaçmışdı, Qəbələdə həlak oldu

Suriyadan qaçmışdı, Qəbələdə həlak oldu

Tarix:

8-10-2018, 14:29

/ 979 dəfə oxundu.
Suriyadan qaçmışdı, Qəbələdə həlak oldu

Qəbələ rayonunda yanğında qızlarını itirən ərəb ailəsi Suriyadan müharibədən qaçıblar.

Həmin evi ərəb turistlərə təklif edən makler Mahizər Sərdərova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, evi kirayə götürən şəxslər bir ailənin üzvləri olub:

“Ata, ana, onların 3 qızı, 1 oğlan və 1 azyaşlı körpə olublar. Məlumata görə, evdə ütü elektrikə taxılı vəziyyətdə qalıb və yanğın ütüdən başlayıb.

Həmin ev Yusif Abdullayev Qoca oğluna məxsusdur. Evdə qalanlar isə Suriyadan olan ərəblərdir, bizə də oradakı evlərini göstərdilər, dedilər bombalanıb dağılıb. Beş gün idi o evdə qalırdılar, demişdilər “Asan Xidmət”ə gedib qalma müddətlərini artırsalar, yenə də əlavə qalacaqlar”.

Qeyd edək ki, yanğın nəticəsində ailənin 23 yaşlı qızı yanaraq ölüb.

Şərhlər

XƏBƏR LENTİ