SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İngilis jurnalist Bakı metrosunda foto çəkdi, polis sildirdi - FOTO

İngilis jurnalist Bakı metrosunda foto çəkdi, polis sildirdi - FOTO

Tarix:

5-10-2018, 17:13

/ 1 610 dəfə oxundu.
İngilis jurnalist Bakı metrosunda foto çəkdi, polis sildirdi - FOTO

Britaniyanın “Evening Standard” nəşrində çalışan jurnalist Ceyms Oli Avropa Liqasının qrup mərhələsinin II turunda baş tutan “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gələn media nümayəndələri arasında olub.

Oli oyun ərəfəsində “Koroğlu” metro stansiyasında yaranan izdihamı öz sosial şəbəkə hesabında paylaşmaq məqsədilə çəkib.

Lakin polis həmin şəkli sildirib. Oli bunu öz hesabında belə ifadə edib:

“Bakıdakı Olimpiya Stadionu. Metrodakı xaotik vəziyyəti (zorakılığı yox, izdihamı – C.O.) paylaşacaqdım, lakin bir polis şəkli sildi. May ayında keçiriləcək Avropa Liqasının finalı üçün bəzi təkmilləşmə işlərinə ehtiyac var”.

Qeyd edək ki, bu jurnalist oyunöncəsi paylaşımlarından birində “Qarabağ”ın hazırladığı proqramda yer alan Qarabağ münaqişəsi haqda da məlumat verib və erməni futbolçu Henrix Mxitaryanın məhz bu səbəbdən Bakıya gəlmədiyini bildirib.
İngilis jurnalist Bakı metrosunda foto çəkdi, polis sildirdi - FOTO
İngilis jurnalist Bakı metrosunda foto çəkdi, polis sildirdi - FOTO
İngilis jurnalist Bakı metrosunda foto çəkdi, polis sildirdi - FOTO

Şərhlər

XƏBƏR LENTİ