SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda dini təhsilə nəzarət niyə Şeyxülislamdan alınmalıdır?

Azərbaycanda dini təhsilə nəzarət niyə Şeyxülislamdan alınmalıdır?

Tarix:

5-10-2018, 12:39

/ 1 313 dəfə oxundu.
Azərbaycanda dini təhsilə nəzarət niyə Şeyxülislamdan alınmalıdır?

Bu il Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.

Senytabrın 24-də isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı İslam Universitetinin təsisçisi olaraq, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi. Daha dəqiqi, bu ildən tələbə qəbulunu dayandırdı.

Bu hadisə mətbuatda və insanlar arasında geniş müzakirə edildi. Hətta iddia olunur ki, yaxın müddətdə QMİ-nin nəzarətində olan mədrəsə tipli təhsil müəsissələri də alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin balansına veriləcək.

Dünya təcrübəsində də bu, belədir. Belə ki, qardaş Türkiyədə, qonşu İranda və digər əksər müsəlman ölkələrində, ümumiyyətlə qeyri müsəlman ölkələrində də dini təhsil müəssisələri ya müstəqil, ya da müvafiq dövlət qurumunun balansındadır. Sosial mediada da əsas müzakirə obyekti də dini təhsil ruhani təşkilatının deyil, müvafiq dövlət qurumunun nəzrətində olması, yaxud müstəqil olmasıdır.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, ali məktəblərdə təhsilin pulsuz olması onun yaşaması, fəaliyyət göstərməsi, maaş fondunun və binalarının saxlanması məsələsini hansısa qurumun öz öhdəsinə götürməsinə gətirib çıxarır: “Dünyada isə dini yönümlü təhsil müəsissələri müstəqil fəaliyyət göstərirlər. Hətta dini istiqamətlər üzrə ixtisaslaşmada da dünyəviliyə çox böyük yer verilir. Yəni artıq indiki dövrdə hər hansı bir cəhalətə aid olan mühitin yaradılması tədris proqramalarında əlavə fənlərin tədrisi dini yönümlü təhsilin mahiyyətinə mənfi təsir göstərə bilər. Düşünürəm ki, yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu bu istiqamətdə dönüş yarada biləcək. Ancaq proqramlara, dərsliklərə çox ciddi diqqət yetirmək lazımdır. Onsuz da bizim cəmiyyətdə dini təbliğat xautik xarakter daşıyır. Bunun nizama salınmasında yaxın gələcəkdə rolu ola bilər. Mədrəsələrin Dini Qrumlarlar İş üzrə Dövlət Komitəsinin nəzninə verilməsi müsbət effekt verə bilər. Ən azından Komitə dövlətindir və onun nəzarətinin olması indiki dövrdə müəyyən dərəcədə əhəmiyyətlidir. Eyni zamanda mədrəsələrdəki təhsilin keyfiyyətinin yoxlanılması, orada verilən dini biliklərin xarakteri Komitə tərəfindən nəzarətə götürülsə, müəyyən boşluqların aradan götürülməsinə səbəb ola bilər. Söhbət dinin tədrisindən gedirsə, fənlərarası yanaşmalara böyük diqqət yetirilməlidir”.

Qeyd edək ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadədir.

Şərhlər

XƏBƏR LENTİ