SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Tarix:

4-10-2018, 16:59

/ 2 048 dəfə oxundu.
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Tanınmış bloqqer Aysel Şükürova atası Qüdrət Şükürovun Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi vəzifəsindən azad olunması ilə bağlı suala biabırçı cavab verib.

Missiya.az saytının əməkdaşının “Atanızın və əminizin işdən çıxarılmasına münasibətiniz necədir” sualına Aysel ağır təhqirlə qarşılıq verib.

O, “salam, zəhmət olmasa s...!” yazandan sonra jurnalistə belə də paylaşmağı məsləhət görüb.

Qeyd edək ki, Aysel Şükürova bir müddət əvvəl dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Bu səbəbdən atası Q. Şükürov da mediada sərt tənqid olunmuşdu və elə o gündən işdən çıxarılması ilə bağlı məlumatlar yayımlanırdı.

Sözügedən hadisədən sonra isə Aysel instagramda ən çox izləyicisi olan bloqqerlərdən biri kimi tanınmağa başladı. Hazırda onu 1 milyona yaxın adam izləyir. Maraqlıdır ki, bu qədər izləyicisi olan, fenomen sayılan Aysel jurnalistin adi sualına qeyri-etik cavab verməklə hələ də sosial şəbəkələrdən peşəkarcasına istifadə edə bilmədiyini sübut edib.
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi
Aysel atasının işdən çıxarılmasına söyüşlə cavab verdi

Şərhlər

XƏBƏR LENTİ